Obama restoranda hesabı ödəyə bilmədi
18-10-2014, 11:20
Oxunub: 4 216
Restoranda kredit kartı limitiniz azalarsa, üzülməyin.
ABŞ prezidenti Barak Obama belə hesabı ödəməyə kredit kartının limiti çatmadığından xanımının kartından istifadə edib. “haberler.com”a istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama Nyu York restoranlarından birində hesabı ödəyə bilmədiyindən, az qala, qabları yumaq məcburiyyətində qalıb. Obama hesabı ödəyən zaman kredit kartından istifadə edib. Lakin bədbəxtlikdən, kredit kartının limiti hesabı ödəmək üçün yetərli olmayıb. Nəticədə ABŞ prezidenti, xanımı Mişel Obamanın kredit kartından istifadə edərək vəziyyətdən çıxa bilib. Obama dünən İstehlakçının Maddi Hüququnun Qoruma Dərnəyinin konfransında danışan zaman bu barədə qeyd edib: “BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) toplantısı davam edən zaman Nyu-Yorkda bir restorana getdim və kredit kartımın limiti hesabı ödəməyə çatmadı. Məlum oldu ki, kredit kartımdan lazımi qədər istifadə eləmirəm”. publika.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər