"Qadınlar maşın sürsələr, ölkədə bakirə qalmayacaq"
3-12-2011, 11:20
Oxunub: 6 702
Səudiyyə Ərəbistanı Krallığının ali dini qurumunun verdiyi fətvaya görə, ölkədəki qadınlara avtomobil sürməyə icazə veriləcəyi təqdirdə "fahişəlik, pornoqrafiya və homoseksuallıq artacaq".
Bolgexeber.com "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Himmətlə Halallığın Təbliğatı və Günahlarla Mübarizə Komissiyasının (Məclis əl İtfa əl Əala) fətvasında deyilir: "Ölkədəki qadınlara avtomobil idarə etməyə icazə verilərsə, 10 il ərzində ölkədə bakirə qalmayacaq, fahişəlik, pornoqrafiya, homoseksualizm və boşanmaların sayı sürətlə artacaq".
Komissiyanın məşhur dinşünas professor Kamal Sübhi ilə birlikdə hazırladığı fətva ölkə parlamentinə göndərilib.
Kral Fəhd Universitetinin professoru Sübhinin fikrincə, qadınların avtomobil idarə etmələrinə icazə verildiyi digər ərəb ölkələrindəki "mənəvi tənəzzül və deqradasiya göz qabağındadır".
"Belə ölkələrdən birində olanda qadınlar mənə baxırdılar. Hətta biri mənə him-cim etdi, göz vurdu. Qadınlara avtomobil sürməyə icazə verilərsə, olan budur", - Sübhi deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər