Türkiyə Qərbi əndişələndirib
6-12-2014, 14:40
Oxunub: 4 553
Siyasi şərhçi: "Rusiya-Türkiyə yaxşınlaşması Qərb üçün təhdiddir".
Rusiya-Türkiyə yaxşınlaşması Qərb üçün təhlükədir.Bolgexeber.com-un məlumatına görə, bu fikri "Atlantic Sentinel"in informasiya-analitik saytının baş redaktoru, şərhçi Nika Ottensa deyib.
O bu mövzuda yazdığı məqalədə vurğulayıb ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan dekabrın 1-də iki ölkə arasında energetika sahəsində əlaqələrin genişlənilməsi haqqında danışıblar. Rusiya-Türkiyə münasibətləri problem olaraq qalır, amma əməkdaşlığın perspektivi Qərb üçün strateji təhlükə təşkil edir.
V.Putin Ankarada mətbuat konfransında bildirdi ki, Türkiyə üçün növbəti ildə qazın idxalında 6 faiz endirim olacaq. O, həmçinin planlaşdırılan "Cənub axını" boru kəməri layihəsindən imtina etdiklərini söylədi, hansı ki, Rusiya qazı Avropaya Qara dənizin dibi üzrə getməli idi.
Bunun əvəzinə boru kəməri Türkiyə istiqamətinə yönəldiləcək.Onun sözlərinə görə, ancaq Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması energetika təhlükəsizliyindən başqa, Avropa üçün təhdid təşkil edir. Türkiyə NATO-un cənub-şərq lövbəri olan Qara dənizdə Rusiyanın iddialarının yoxlanılmasına xidmət edir.
Çünki, Türkiyə Dardanel boğazına nəzarət edir və ona görə də Aralıq dənizində NATO hakimiyyətinin möhkəmlənməsində Rusiyaya mane ola bilər. Türkiyə, həmçinin Qafqazda qərb yönümlü respublikalara, əsasən Gürcüstana, az dərəcədə də olsa, Azərbaycana Avropa ilə münasibətlərin dərinləşdirməsinə icazə verir.
Şərhçi belə bir xatırlatma da verib: "Rusiya-Türkiyə koalisiyası, əksinə, Rusiyaya Qara dənizdə və Qafqazda dominant rol oynamağa imkan verəcək. Bu barədə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Zbiqnev Bzejinski 15 il əvvəl "Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri" yazısında xəbərdarlıq edib.
O proqnozlaşdırıb ki, Türkiyənin təkamülü və oriyentasiyası Qafqaz dövlətlərinin gələcəyi ilə bağlı olacaq".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər