Pekində Qız qalası tikiləcək
7-12-2014, 17:15
Oxunub: 5 123
Çinin paytaxtı Pekindəki Dünya parkında Bakı Qız qalasının kiçildilmiş forması inşa ediləcək.
Bolgexeber.com xəbər verir ki, ölkəmizin Çindəki səfirliyinin Azərbaycan mədəniyyəti və incəsənətinin Çində tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamı olaraq milli memarlıq incilərimizdən olan Qız qalasının oxşarının Pekin sakinlərinin və turistlərin ən çox ziyarət etdikləri məkanlardan olan Dünya parkında inşa edilməsi təşəbbüsünü qarşı tərəf müsbət dəyərləndirib.
Səfir Lətif Qəndilovun parkın rəhbərliyi ilə keçirilmiş görüşündə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qız qalasının oxşarının bu turzim və istirahət obyektinin mərkəzi hissələrindən birində - Eyfel qülləsi və Paris Zəfər Tağının yaxınlığında inşa edilməsinə dair prinsipial razılaşma əldə edilib.
Hazırda maketin hazırlanması üzərində iş gedir.Qeyd edək ki, müxtəlif ölkələrin rəmzi sayılan abidələrin (Eyfel qülləsi, Nyu Yorkdakı Azadlıq abidəsi, Misir ehramları, Tac-Mahal, Ayasofya, Kreml və s.) kiçildimiş formalarının quraşdırıldığı Pekin Dünya parkını ildə 2 milyondan çox turist ziyarət edir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər