İŞİD liderinin köməkçisi öldürüldü
21-12-2014, 20:15
Oxunub: 4 244
Terrorçulara qarşı keçirilən hərbi əməliyyatın təfərrüatları açıqlanıb.
İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadinin köməkçisi "Əbu Sait" ləqəbli Şahab Əhməd Həsən əl-Luheybi öldürülüb. Bolgexeber.com-un məlumatına görə, Şimali İraq Kurd Muxtariyyətinin kəşfiyyat orqanınından verilən açıqlamada bildirlib ki, Bağdadinin köməkçisi koalisiya qüvvələrinin Mosulu bombardman edərkən məhv edilib.
Luheybinin öldüyünə dair əllərində görüntülər oldunuğunu iddia edən kürd kəşfiyyatı onun barəsində detallı məlumat yayıb: "Öldürülən Luheybi "Əl Qaidə" işində Əbu Qatadə adıyla tanınırdı. Bir müddət Buka həbsxanasında məhbus qaldı. Sərbəst buraxıldıqdan sonra "Əl Qaidə"nin Səlahəddin vilayəti üzrə məsul şəxsi olub. Ondan sonra həbs olunan Luheybi "Əbu Qureyb" həbsxanaya göndərilib.
Oradan da bir qrup terrorçu ilə birlikdə qaçaraq İŞİD-ə qoşulub. İŞİD Mosulu ələ keçirəndən onu şəhərin məsul şəxsi təyin edib. Luheybinin yüzlərlə yezidi kürdünün öldürülməsində əli olub..." Kürd kəşfiyyatı dünən edilmiş bombradman zamanı İŞİD komandirlərindən "Əbu Abdullah" ləqəbli "Fəthi" adlı bir şəxsin də məhv olunduğunu açıqlayıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər