BolgeXeber.Com » Dünya » "Facebook"un nənəsi öldü

"Facebook"un nənəsi öldü

26-12-2014, 13:10
Oxunub: 4 502 114 yaşlı Anna Stohr sosial şəbəkəyə öz mini İPad ilə daxil olub

"Facebook"un ən yaşlı üzvlərindən biri ölüb. Sosial şəbəkədə fəal olan 114 yaşlı nənə dekabrın 24-də vəfat edib. Bu barədə "Washington Post" qəzeti yazıb. Qəzet yazır: "114 yaşlı Anna Stoehr bir il əvvəl mediaya düşüb. Onun 113 yaşı olanda qərara gəlib ki, "Facebook"da səhifə açmağın vaxtıdır. Ancaq bu vaxt problemlə üzləşib. "Facebook"un standart qeydiyyat səhifəsində doğum tarixinə qoyulan ən tez vaxt 1905-ci ildir. Yəni, qeydiyyat keçən şəxslər doğum tarixi kimi maksimum 1905-ci ili göstərə bilər".

Buna görə A.Stoehr əsl doğum tarixi ilə qeydiyyatdan keçə bilməyib. O, sosial çəbəkədə öz həqiqi doğum ili olan 1900-cü ili yazmaq üçün tanışı vasitəsilə "Facebook"a xüsusi müraciət göndərib.

Xatırladaq ki, A.Stoehrin sonuncu doğum günündə "Facebook" ona gül dəstəsi göndərib. ABŞ-ın Minnesota ştatının Plainview şəhərciyində yaşayan nənə "Facebook"a öz mini İPad-ı ilə daxil olurmuş.