BolgeXeber.Com » Dünya » İflic olan məşhur aktyordan duyğusal açıqlama-FOTO

İflic olan məşhur aktyordan duyğusal açıqlama-FOTO

28-12-2014, 01:35
Oxunub: 5 509 “Hababam sinfi” filmlərini hələ də izləyirəm. Təhsil sistemi dəyişmədiyi müddətcə bu filmlər izlənilməyə davam edəcək"

Azərbaycanda da sevilən filmlərdən olan “Hababam sinfi”nin “güdük Nəcmi”si, məşhur aktyor Xalid Ağçatəpə xəstələnməmişdən bir neçə gün əvvəl iştirak etdiyi televiziya proqramında sanki həyat dərsi veribmiş.İki gün əvvəl bəzi sosial şəbəkələrdə ölüm xəbəri yayılan, azərbaycanlıların daha çox “Güdük Nəcmi” olaraq tanıdığı aktyor həyatına dair maraqlı detallar paylaşıb.İnsan övladının ölümü düşünməsindən daha təbii bir hal olmadığını “Çarəsi yoxdur, hamı öləcək. Dəfn mərasimimdə görərsən mənim nə qədər sevildiyimi” sözləri ilə izah edən 76 yaşlı aktyorun çıxışından bu cümlələr daha çox yadda qalıb:

* Atam teatrdan pul qazana bilməzdi, anam məni çox sevdiyi üçün meyvə yeməyimi istəyərdi. Atama “Mən də aktrisa olacağam, oğluma meyvə alacağam” deyərdi və oldu, meyvə də aldı.

*“Hababam sinfi” filmlərini hələ də izləyirəm. Təhsil sistemi dəyişmədiyi müddətcə bu filmlər izlənilməyə davam edəcək"

* Dostlarım var, amma azdır. Sənət camiəsinda rəhmətlik Kamal Sunal, Mətin Ağpınar və Zəki Alasya dostlarımdır. Amma yoldaş çoxdur...
axar.az