İnanılmaz üstünlüklərlə Ayfon 7 gəlir – Foto
1-01-2015, 10:35
Oxunub: 6 023
Ayfon 7-dəki ən böyük sürpriz 3 ölçülü ekrandır
Ayfon 6 (iPhone) və Ayfon 6 Plusun bir neçə ay əvvəl satışa çıxmasına rəğmən, mütəxəssislər “Əpl” şirkətinin yeni ildə Ayfon 6S-i və Ayfon 7-ni satışa çıxaracağını iddia edib.
“Əpl” şirkətinin hər il bir və ya 2 məhsulu bazara çıxardığını iddia edən məsul şəxslər son günlərdə ortaya çıxan söz-söhbətlərin gerçəkləşmə ehtimalını yüksək qiymətləndiriblər. Mütəxəsislərin fikrincə, “Əpl” heyranları 2015-ci ildə yeni məhsullarla çox təəccüblənəcəklər. İddialara görə, 2015-ci ilin birinci yarısında Ayfon 6S, ikinci yarısında Ayon 7 satışa çıxarılacaq. Tayvanlı məsul şəxslər isə texnologiya saytı “Texno Buffalo”ya açıqlama verərək, “Əpl”ın yeni telefonlarda cüt RAM isifadə edəcəyini bildiriblər. Yeni telefonlarda 2 GB RAM, tabletlərdə is 4 GB RAM olacaq. Başqa bir iddiaya görə, “Əpl” şirkəti mini Ayfon hazırlayacaq. Bu məhsulun da 2015-ci ildə bazarda öz yerini tutacağını bildirən mütəxəssislər telefonun 4 inç ölçüdə ola biləcəyini vurğulayıblar. Ayfon 7 ilə bağlı iddialar həddindən artıq çoxdur. Ayfon 6-nı 4.7 inç ekran ölçüsü ilə bazara çıxaran “Əpl”ın Ayfon 6S-in ekranını 5.5 inç ölçüsüdə buraxacağını bildirirlər.
İddialara görə, “Əpl”ın böyük sürprizlərindən biri də indiyə qədər heç bir telefonda etmədiyi inanılmaz bir xüsusiyyət olacaq: Kabelsiz şarj xüsusiyəti. Eyni zamanda, Ayfon 7 o biri ayfonlara nisbətən daha qalın olacaq. Ayfon 6-da olmayan sapfir ekranın Ayfon 7-də istifadə edəcəyi də deyilir. Bu iddianı gücləndirə biləcək hadisə isə “Əpl” şirkətinin Çindəki istehsalçısı Fokskonun sapfir ekran fabriki quracağı xəbəridir. Bu iş üçün Fakskon 2.6 milyard dollar yatırım qoyacaq. İkinci iddiaya görə isə Ayfon 7-də yumşaq (likvid) metaldan istifadə olunacaq. “Ekonomik Deyli Nyus”un iddiasına görə, Ayfon 7-dəki ən böyük sürpriz 3 ölçülü ekrandır. Qəzet bu iddiasına istinad kimi “Əpl” şirkətinin xam maddə tədarükçüsü TPK-nın 3 ölçülü ekran üzərində işləməsini göstərib.
axar.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər