BolgeXeber.Com » Dünya » Müsəlmanlar Məhəmməd peyğəmbərin doğum gününü qeyd edir

Müsəlmanlar Məhəmməd peyğəmbərin doğum gününü qeyd edir

3-01-2015, 16:25
Oxunub: 4 435 Müsəlman ölkələrində dindarlar Məhəmməd peyğəmbərin doğum gününü - mövlud gününü qeyd edirlər

Ənənəyə görə, bayram hicri təqviminin üçüncü ayının - rabi-ül-əvvəl ayının 12-ci gününə təsadüf edir.

İslam dininin əsasını qoymuş Hz.Məhəmməd bu ayda anadan olub bu ayda da vəfat edib.

Bəzi ölkələrdə bu, dövlət səviyyəli bayram kimi qeyd edilir, bəzilərində isə sadəcə dindarların məxsusi yanaşdığı gündür.

Həmin gün Quran oxunur, peyğəmbərin həyatı xatırlanır, Allaha dualar edilir.
Bolgexeber.com