BolgeXeber.Com » Dünya » Ronaldo anasını sevgilisindən üstün tutdu

Ronaldo anasını sevgilisindən üstün tutdu

17-01-2015, 11:15
Oxunub: 5 154 Rusiyalı super model İrina Şeyk Ronaldunun anasının ad gününə getməmişdi

Bu yaxınlarda mətbuatda İrina Şeyk və Kriştinu Ronladonun beş illik münasibətlərdən sonra ayrılıq xəbəri yayıldı. Model İrina Şeyk Ronaldo üçün olduqca əhəmiyyətli olan "Qızıl top" mükafatının təqdimat mərasiminə getməmişdi. Bundan sonra onların ayrılıq xəbəri sürətlə hər tərəfə yayıldı.

Futbolçu da mükafatını alarkən sevgilisini xatırlamadı, yalnız ailəsi haqda danışdı. Bunun ardınca İrina da Ronaldonu sosial şəbəkədəki dostluğundan çıxardı. Beləliklə, xəbər öz təsdiqini tapdı.

Keçmiş cütlüyə yaxın olan bir şəxs ayrılığın əsl səbəbini mətbuata açıqlayıb. Sən demə, İrina Ronaldonun anası Mariya Doloreşin 60 illik yubiley mərasiminə getməkdən imtina etmişdi. O, Ronaldo ilə birlikdə Madeyraya getməmişdi.

Ronaldo anasına sürpriz etmək, ad gününə sevgilisi İrina ilə birlikdə getmək istəyirdi. Ancaq sevgilisi onu məyus etmişdi. Qadın da oğlunu sevgilisi ilə birlikdə görmək istəyirdi.