BolgeXeber.Com » Dünya » Rus ordusunun generalı Donbasda öldürüldü - FOTO

Rus ordusunun generalı Donbasda öldürüldü - FOTO

20-01-2015, 15:50
Oxunub: 4 615 Donetskin Teni partizan qrupu şəhər ərtafında patrul xidməti aparan separatçılara hücum edib. Nəticədə Rusiya Silahlı Qüvvələrinin general-mayoru Pyotr Pavlov öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

“Donetskin Teni partiza qrupu patrul xidməti aparan separatçılara hücum edib. 3 nəfər əsir götürülüb. Onlardan ikisi yerindəcə güllələnib. Ücüncüsü isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin general-mayoru Pyotr Pavlov olub. O, sağ qalmasının müqabilində 1 milyon dollar təklif edib. Partizanlar isə, “Vətən pula satılmır” deyərək onu güllələyiblər”, - yazılıb.

Sosial şəbəkələrdə rus generalın fotosu da yerləşdirilib.