BolgeXeber.Com » Dünya » Ukrayna ordusu hücuma keçdi

Ukrayna ordusu hücuma keçdi

31-01-2015, 13:45
Oxunub: 3 758 Debaltsevo uğrunda gərgin döyüşlər gedir

Ukrayna ordusu Debaltsevo istiqamətində hücuma keçib. Axar.az xəbər verir ki, bu barədə Donbas batalyonunun komandiri Semyon Semyonçenko özünün Feysbuk səhifəsində yazıb. “Hücuma keçdik. Döyüşçülərimiz üçün dua edin. Axşam əlaqədə olacam”, — Semyonçenko yazıb. Qeyd edək ki, hazırda Debaltsevo uğrunda gərgin döyüşlər gedir. Şəhər 3 tərəfdən mühasirəyə alınsa da, Ukrayna ordusu ciddi müqavimət göstərir.