BolgeXeber.Com » Dünya » Ukrayna ordusundan separatçılara ağır zərbə

Ukrayna ordusundan separatçılara ağır zərbə

4-02-2015, 13:25
Oxunub: 2 902 Donetsk regionunun Dokuçayevsk rayonunda Ukrayna artilleriyası rus separatçılarına ağır texnika itkisi verib.

Avropa.info xəbər verir dəqiq hədəfə açılan topa atəşi zamanı altı özüyeriyən artilleriya qurğusundan üçü məhv edilib. 2S1 Qvozdika ÖAQ-ları bu bölgədə Ukrayna mövqelərini intensiv atəşə tuturdu.

Bu haqda xəbər verən deputat Dmitri Timçuk bildirib ki, alınan kəşfiyyat məlumatları əsasından rus hərbi texnikaları yanacaq dolduran anda vurulub.

Krasnı Luç rayonunda hücuma keçən 16 tankdan 7-i vurulub. Habelə separatçıları daşıyan bir nəqliyyat vasitəsi məhv edilib. Ümumilikdə hücum keçən 500 nəfər şəxsi heyətdən 51 nəfəri öldürülüb.
Bolgexeber.com