Bürclər (20 fevral)
20-02-2015, 07:28
Oxunub: 4 023
QOÇ - Yeni simalarla rastlaşma ehtimalınız böyükdür
QOÇ - Yeni simalarla rastlaşma ehtimalınız böyükdür. Ola bilsin ki, qarşılaşdığınız adamların bir çoxu mövcud problemlərinizin həllində əsaslı rol oynasın. Odur ki, buna hazır olun.
BUĞA - O qədər də səmərəli təqvim deyil. Bir tərəfdən cəhdlərinizin boşa çıxması, digər tərəfdənsə səhhətinizlə bağlı problemlərin baş qaldırması əsəblərinizə mənfi təsir göstərə bilər.
ƏKİZLƏR - Göstəricilər düşərli bir gün yaşayacağınızı bəyan edir. Xislətinizdən asılı olaraq ətrafda hər şey gözəl olacaq. Amma vaxt tapıb müqəddəs ziyarətgahlarımıza da baş çəkməyə çalışın.
XƏRÇƏNG - Hansısa xoşgəlməzlik haqqında düşünməyə dəyməz. Çünki ulduzların düzümü günün əksər saatlarını xoş ovqatda keçirəcəyinizi bildirir. Təzə xəbərlər və büdcədə artım da gözlənilir.
ŞİR - Ailə-sevgi münasibətlərində bütün proseslər ürəyinizcə olacaq. Bu səbəbdən də qarşı tərəfin rəylərinə hörmətlə yanaşmalısınız. Yeni sövdələşmələrdə təşəbbüskarlığı ələ alın.
QIZ - Həddindən ziyadə məhsuldar gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Yeni təkliflərə razılıq verin. Əks təqdirdə müttəfiqlərinizi itirəcəksiniz.
TƏRƏZİ - Təxminən saat 13-ə qədər ümumi əhvalınızda gərginlik müşahidə olunsa da, sonrakı müddəti normal şəkildə başa vura biləcəksiniz. Bütün iş və görüşlərinizdə Allahı yaddan çıxarmayın.
ƏQRƏB - Yaxşı olar ki, vaxtınızı bütünlüklə münasibətlərin tənzimlənməsinə həsr edəsiniz. Çünki hesablamalar fəaliyyətdə passivliyin hökm sürəcəyini göstərir. Dini dəyərlərə hörmət edin.
OXATAN - Hiss olunur ki, ətrafınızda olanların əksəriyyəti fikirlərinizə qarşıdır. Lakin bunu əsəbi şəkildə qəbul etməməlisiniz. Sübut edin ki, haqqınızda deyilənlər doğru deyil.
OĞLAQ - Qərarlarınızda qətiyyətli olmasanız, qarşınıza çıxan mühüm şanslarınızı itirəcəksiniz. Risk etməkdən qorxmayın. Hər şeydən əlinizi üzəndə heç olmasa sevgi amilindən bəhrələnin.
SUTÖKƏN – Bəxtinizdə müəyyən qədər mübahisəli bir tarix durur. Odur ki, istər evdə, istərsə də iş yerində çılğınlıqdan uzaq olmalısınız. Konflikt yaratmaqdansa, barışdırıcı mövqe seçin.
BALIQLAR - Gün ərzində mənfi enerjili Ay bürcünüzdə qərar tutacaq. Buna baxmayaraq, kifayət qədər dəyərli bir gün yaşayacaqsınız. Atdığınız addımlar ətrafda sizə qarşı rəğbət yaradacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər