Nazir müavini özünü asdı
21-12-2011, 11:25
Oxunub: 6 336
Argentinanın xarici ticarət nazirinin müavini intihar edib.
MERCOSUR-un (Cənubi Amerika ölkələrinin ümumi bazarı) sammtində iştirak edən İvan Heynin meyiti Montevideodakı otel otağında aşkarlanıb. Nazir müavini Cənubi Amerika blokunun sammitinin açılış günü Uruqvay paytaxtındakı oteldə özünü asıb.
“Lifenews”-ün verdiyi xəbərə görə, insident Latın Amerikası ticari-iqtisadi ittifaqının iştirakçılarını toplantını təxirə salmağa məcbur edib. Hadisə hamıdan daha çox Argentina prezidenti Kristin Fernandes de Kirşneri şoka salıb. Həmkarlarının sözlərinə görə, o, dərhal Argentinaya qayıtmaq üçün imkan tapmağa çalışıb.
Məmurun intiharının səbəbi məlum deyil.
33 yaşlı İvan Heyn nazir müavini vəzifəsinə bir həftə əvvəl – Kristin Fernandes de Kirşner prezident səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra təyin edilib. Onu vətənində parlaq iqtisadçı hesab edirdilər.
MERCOSUR-un Uruqvay paytaxtındakı sammitində Cənubi Amerika ölkələri ilə Fələstin arasında ticarət əlaqələri ilə bağlı saziş imzalanmalı idi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər