Dünyanı fəth edən ən gənc insan
26-12-2011, 11:45
Oxunub: 6 202
15 yaşlı amerikalı Cordan Romero dünyanın bütün qitələrinin ən yüksək zirvələrini fəth etmiş ən gənc insandır.
Bolgexeber.com "Nature"a istinadən bildirir ki, Romero şənbə günü Antarktidadakı Vinson Massivinə dırmaşaraq 6 il əvvəl başlanmış missiyasını başa vurub.
Atası və analığı ilə birlikdə zirvəyə çıxmış Romero dünən baza düşərgəsinə enib.
Gənc alpinist-rekordçunun rekordlara doğru "yürüş"ü Romero 10 yaşında olanda, Afrikadakı Kilimancaro dağını fəth edəndə başlanıb.
ABŞ-ın Kaliforniya ştatında yaşayan Cordan 13 yaşında dünyanın ən hündür zirvəsini - Everesti fəth edib.
Şənbə günü o, doğma anası Li Enn Dreykə zəng vuraraq Antarktidadakı Vinson zivrəsinə çıxdığını deyib.
Bütün qitələrin ən yüksək zirvələrinin fəthi ilə bağlı əvvəlki rekord britaniyalı Corc Atkinsona məxsusdu. 16 yaşlı Atkinson mayda zirvə fəthlərini başa vurub.
2007-ci ilin aprelində Romero Avstraliyanın ən hündür zirvəsi olan Kostyuşko dağına, iyulda Qafqazdakı Elbrusa, dekabrda - Cənubi Amerikadakı Akonkaquaya, 2008-ci ilin iyulunda - Şimali Amerikadakı Makkinliyə, 2009-cu ilin sentyabrında isə İndoneziyadakı Punçak Caya dağına dırmaşmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər