Dostunun arvadını alan İŞİD-çi Fuad Mövsümov polisə nələri danışdı...
13-03-2015, 19:27
Oxunub: 3 805
Türkiyədə bir neçə ay əvvəl bir jandarma zabitini və bir polis əməkdaşını qətlə yetirməkdə ittiham olunaraq həbs edilən Azərbaycan vətəndaşı, İŞİD terror qruplaşmasının üzvü Fuad Mövsümovun polisə verdiyi ifadənin şok detalları yayılıb
Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, Fuad Mövsümov daha iki İŞİD-çi ilə birlikdə Hatay bölgəsindən kirayələdikləri taksi ilə İstanbula gedərkən Niğdenin Ulukışla qəsəbəsi yaxınlığında avtomobili jandarma və polis əməkdaşları saxlayıb.
Təhlükəsizlik qüvvələrinin əməkdaşları avtomobildə axtarış aparmaq istərkən İŞİD-çilər onlara atəş açıb. Nəticədə bir jandarma zabiti və bir polis həlak olub. İŞİD-çilər həbs ediliblər. Onların məhkəməsinin yaxın vaxtlarda başlayacağı gözlənilir. Lakin təhlükəsizlik amilləri üzündən prosesin harada keçirilməsinə hələ qərar verilməyib.
Həmin İŞİD-çi qrupun üzvlərindən biri
Fuad Mövsümovun polisə verdiyi ifadənin mətbuata sızmış fraqmentinə görə, həmin İŞİD-çinin iki arvadı var. Onlardan biri ilə Azərbaycanda qanuni nikahla evlənib, digəri isə Suriyada döyüşməyə gedən dostunun Türkiyədə qalan arvadıdır və İŞİD-çi onu dini nikahla alıb.
Terrorçunun ifadəsindən: “2013-cü ildə Türkiyəyə hicrət etdim. Dini daha rahat yaşaya bilmək üçün buraya gəldim. Azərbaycandan tanıdığım Araz adlı dostumu tapmağa çalışdım. Ancaq İstanbulda onun özünü yox, ailəsini tapdım. Ailəsindən öyrəndim ki, Araz Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşmək üçün gedib və “Ömər Çeçen” ləqəbli şəxsin (söhbət İŞİD-in ən nüfuzlu hərbi komandirlərindən və əslən Gürcüstanın Pankisi dərəsindən olan Tərlan Batiraşvilidən gedir-red.) dəstəsindədir. Arazın arvadı Aidə ilə görüşdüm. O, ərinin qoşulduğu qrupun dindən azmış qrup olduğunu, bununla da onun özünün də dindən azmış ola biləcəyini, nəticədə aralarındakı dini nikahın qüvvədən düşdüyünü dedi. Mən də Aidənin uşağı ilə ortalarda qalmaması üçün ona evlənməyi təklif etdim, qəbul etdi. Evlənmək üçün sözləşdik. Azərbaycana döndüm, oradakı arvadımla bu məsələni danışdım. Mart ayında geri döndüm, Aida ilə dini nikah bağladıq”.
Qeyd edək ki, Türkiyə Azərbaycan da daxil olmaqla bir sıra xarici ölkələrdən İŞİD-çilərin Suriyaya keçməsi üçün əsas dəhlizdir.
Bir müddət əvvəl Türkiyə mənbələri xəbər vermişdi ki, Azərbaycandan İŞİD sıralarına cəlb olunan gənclərə əvvəlcə İstanbul məscidlərində cihad ideologiyasından hazırlıq keçirlər. Daha sonra onların sərhəddən Suriyaya keçidini təşkil edirlər. Bəzi İŞİD-çilərin ailəsi İstanbulda qalır, bəziləri isə ailələri ilə birlikdə Suriyaya keçir. İndiyədək Türkiyədə İŞİD-ə qoşulmaq istəyən bir neçə Azərbaycan vətəndaşı saxlanılsa da bu ölkənin xüsusi xidmət orqanları ölkə üzərindən terrorçuların verbovka olunmasının və Suriyaya transferinin qarşısını almaq üçün yetərli tədbirlər görmür.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 14-09-2024, 17:58 : Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində həyatını itirdi
Xəbərlər / Ölkə
- 21-09-2024, 18:46 : Antoni Blinken Azərbaycan xalqını təbrik edib
Siyasət / Xəbərlər
- 28-09-2024, 16:52 : DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olunur
Xəbərlər / Ölkə
- 18-09-2024, 17:56 : ÇL oyunlarına baxmaq istəyənlərin NƏZƏRİNƏ
İdman / Xəbərlər
- 16-09-2024, 17:57 : Sərhəddə atışma olub- Erməni hərbiçilər...
Dünya / Xəbərlər
- 7-09-2024, 16:21 : Daha bir cüdoçumuz finala yüksəlib
İdman / Xəbərlər
- 7-09-2024, 14:16 : Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı
İdman
- 5-09-2024, 17:53 : İtaliyanın Baş naziri Prezident İlham Əliyevi qarşılayıb
Siyasət
- 14-09-2024, 17:15 : Türkiyə gözəlindən TƏNQİDLƏRƏ CAVAB
Şou-Biznes
- 14-09-2024, 14:29 : Formula-2: Bakıda sprint yarışı start götürdü
İdman