BolgeXeber.Com » Dünya » İsveçdə restoranda atışma: 2 ölü, 8 yaralı

İsveçdə restoranda atışma: 2 ölü, 8 yaralı

19-03-2015, 10:32
Oxunub: 2 863 İsveçdə restoranda atışma: 2 ölü, 8 yaralıİsveçin sayca ikinci ən iri şəhəri Göteborqda restoranların birində atışma baş verib.

Bolgexeber.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə azı 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

İlkin məlumata əsasən, iki naməlum şəxs restorana daxil olaraq avtomat silahdan atəş açmağa başlayıb.

Hadisə yeri polis əməkdaşları tərəfindən əhatəyə alınıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.