BolgeXeber.Com » Dünya » “Facebook” həyat üçün təhlükəlidir

“Facebook” həyat üçün təhlükəlidir

2-01-2012, 17:50
Oxunub: 4 298 Jurnal “Facebook”dan istifadənin mümkün ziyanlarını aşağıdakı kimi qruplaşdırıb.

Bolgexeber.com xbər verir ki, Amerikanın «Nyusvik» jurnalı, internetdəki sosial şəbəkə saytı «Facebook»un istifadəçilərinin sayının 500 milyona yaxınlaşmasını nəzərə alaraq araşdırma aparıb və belə qənaətə gəlinib ki, saytın insanlar üçün riskli olan ziyanlı tərəfləri də var. Jurnal “Facebook”dan istifadənin mümkün ziyanlarını aşağıdakı kimi qruplaşdırıb.

1. Övladlığa götürülmüsünüzsə, həqiqi ailəniz izinizə düşüb sizi tapa bilər və bu vəziyyət qulağa xoş gəlsə də hər zaman yaxşı nəticə verməyib.
2. Borclu olduğunuz şəxslər sizi çox asan tapa bilər.
3. Sığorta şirkətinizlə problem yaşaya bilərsiniz.
4. Keçmiş əriniz, boşanma zamanı profilinizdən əldə etdiyi təcrübələrlə sizə qarşı istifadə edə bilər.
5. Depresiyaya düşə bilərsiniz.
6. İşinizi itirə bilərsiniz. Xüsusilə də müdiriniz dostlar siyahısındadırsa.
7. Dostlarınız sirlərinizi tutmazsa, ailənizlə münasibətləriniz korlana bilər.
8. Şər yazmaqdan məhkəməyə düşə bilərsiniz. Nə yazdığınıza diqqət edin.
9. Təcavüzcülərin biri sizə, ya da sevgilinizə dadana bilər.
10. Təcavüzcünün biri uşağınızı əlinə keçirə bilər.
“Nyusvik” jurnalı tövsiyyə edir ki, “Facebook”la diqqətli olmaq gərəkir. Hər an kələkbazlarla qarşılaşmaq riski var.