İki uşağını küçəyə atan qadının əri danışdı
8-04-2015, 09:34
Oxunub: 4 167
Türkiyə vətəndaşı ilə ailə quran azərbaycanlı qadın Nuranə Quliyevanın həyat yoldaşı danışdı
Hazırda sığınacağa yerləşdirilən 4 və 7 yaşlı uşaqların atası Musa Karamercanın publika.az-a bildirdiyinə görə, qadının uşaqları küçəyə atıb getməsinə səbəb sevgilisinin olmasıdır. Bütün olanlarda həyat yoldaşını ittiham edən ata onları sığınacağa yerləşdirsə də, uşaqlarla tez-tez əlaqə saxladığını deyir:
“O, iki uşağı atıb getdi. Mən sonradan öyrəndim ki, onun sevgilisi olubmuş. Əslində, 2-3 ay idi ki, ondan şübhələnirdim. Rəfiqələri mənə dedilər ki, bir sevgilisi var, onunla görüşür. Gərək bəzi hərəkətlərini görüb daha əvvəl ondan boşanaydım. Mən usta işləyirdim, qazancım az olduğuna görə də bu problemlər çıxdı. İndi məcbur olub uşaqları müvəqqəti sığınacağa vermişəm. Mən bir həftədir ki, işə çıxmışam, tez-tez onların yanına gedirəm və həftədə bir dəfə uşaqları evimə gətirirəm. Bazar ertəsi yenidən sığınacağa qaytarıram”.
Onları evində saxlaya bilmədiyini deyən M.Karamercanın sözlərinə görə, bunun üçün evdə xanım olmalıdır: “Mən işdə oluram, onlara baxmaq üçün xanım olmalıdır. Belə xanımı haradan tapım? Hazırda Badamdarda santexnik işləyirəm. Uşaqları sığınacağa müvəqqəti vermişəm. İmkan tapan kimi onları sığınacağdan çıxaracam və özüm saxlayacağam”.
N.Quliyeva ilə rəsmən evli olduqlarını deyən M.Karamercanın sözlərinə görə, hazırda boşanmaq üçün işləri məhkəmədədir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər