Ukraynadan Şotlandiyaya cəmi 25 avroya
16-04-2015, 14:41
Oxunub: 3 884
WizzAir Ukrayna ofisini bağlamayacaq.
Türkiyənin Atlasjet loukosteri Ukraynanın 7 şəhərindən 29 reys açır.
Bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Atlasjet Ukraine “Lvov” hava limanında yerləşəcək və yayın əvvəlinə Lvov, Kiyev və Odessadan kurort istiqamətlərində reyslərə başlamağı planlaşdırır.
Şirkət doqquz marşrut üzrə uçmaq istəyir: Lvovdan – İstanbul, Moskva, Neapol, Madridə, Odessadan – Moskva və İstanbula, Xarkovdan – İstanbula, Xersondan – İstanbula, Nikolayevdən – İstanbula, Vinnitsadan – İstanbul və Təl-Əvivə, Kiiyevdən – Tbilisi, Moskva, Sankt-Peterburq, Amsterdam, Ərbil, London, Paris, Milan, Düsseldord, Neapol, Madrid, Minsk, Almatı, Astana və İrəvana.
Daxili reyslər isə Kiyev – Odessa, Kiyev – Xarkov, Kiyev – Lvov marşrutları üzrə həyata keçiriləcək.
Atlasjet Ukraine-nın dörd ədəd Airbus 320 təyyarəsi var və şirkət donanmasını 15 təyyarəyə çatdırmaq istəyir.
Öz növbəsində Macarıstanın WizzAir loukosteri Ukrayna ofisini bağlamaq fikrindən daşınıb və artıq sentyabrda mövcud 8 reysinə qiyməti 20 avro olacaq Kiyev-Vilnüs reysini də əlavə edəcək. Bundan başqa, Kiyev – Qlazqo (Şotlandiya) reysi də mövcuddur – uçuş qiyməti cəmi 25 avro təşkil edir.
Yanair və Georgian International aviaşirkətləri Odessa – Batumi, Kiyev – Tbilisi və Kiyev – Batumi reyslərinə başlayacaqlar.
Cədvəl və qiymətlər hələlik formalaşma prosesindədir, lakin artıq bəyan edilib ki, gediş-qayıdış biletinin qiyməti 99 avrodan çox olmayacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər