Cadu ilə fahişə oldular
7-01-2012, 23:50
Oxunub: 15 421
Meri kiçik, incə bir qızdır. Əynində dar şortik, qara rəngli mayka var. 17 yaşına çatmasına rəğmən, yaşından kiçik qız təsiri bağışlayır.
Meri onun gerçək adı deyil: o, əsl adını demək istəmir. Meri və daha 5 nigeriyalı qız Nigeriyanın şimalındakı Benin şəhərində bir qadın sığınacağındadır.
O, fahişəliyə vadar edilən biçarələrdən biridir.
"Avropaya getmək, orada yaşamaq istəyirəm. Deyirlər ki, Avropada insan yoxsul və işsiz olsa belə, ac qalmır. Orada işsizlərə pulsuz yemək verilən yerlər var. İşsiz qalmaq, avara dolanmaq istəmirəm orada. Qulluqçu, ya da qadın bərbəri işləmək fikrim var. Bizi də Avropaya aparacaq adamlar əvvəlcədən pul istəmədilər. Dedilər ki, maaş almağa başlayandan sonra borcumuzu qaytararıq", - Meri deyir.
Bolgexeber.com "Deutsche Welle"yə istinadən bildirir ki, Meri kimi minlərlə qız və qadın Afrikanın başqa ölkələri təki, Nigeriyada da aldadılaraq Avropaya aparılır, orada döyülür, zorlanır və fahişəliyə vadar edilərək küçələrə atılır.
Fəqət, Meri Fransaya çatmayıb. O, Nigeriyanın şimalında, onlarla qadınla birlikdə sərhədi keçmək istəyərkən polisin keçirdiyi əməliyyat nəticəsində tutulub.
Nigeriyada insan alverinə qarşı mübarizə aparan qurumların mənsublarının dediklərinə görə, qadın ticarətçiləri qurbanlarına qarşı cadugərlərdən istifadə edirlər.
Onlar bol vədlər verdikləri qızları və qadınları "yuyu" adlanan inancın təmsilçiləri olan cadugərlərin yanına aparırlar.
Caduggər də savadsız qadına cadu-piti edir, "başına gələnləri danışsan, daha ağır dərdlərə düçar olacaqsan" deyir.
İnsan alverinə qarşı mübarizə aparan "İdia Renaissance" təşkilatının eksperti Rolan Nvohanın dediyinə görə, "yuyu" cadugərinin yanından çıxan qadınlar gerçəkdən də, başlarına gətirilənləp barədə polisə nə isə demirlər.
"Amma çıxış yolu tapmışıq. Belə qadınları yenidən "yuyü" cadugərinin yanına aparır, "tərs cadu" oxutdurur. Absurd işdir, bilirik. Lakin qadınlar ikinci ziyarətdən sonra cadunun pozulduğunu düşünür və məruz qaldıqları əzablardan bizə danışırlar", - Nvoha deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər