BolgeXeber.Com » Dünya » Kerri “iPhone 6“ Plus istifadə edir, bəs bizimkilər?

Kerri “iPhone 6“ Plus istifadə edir, bəs bizimkilər?

5-05-2015, 11:26
Oxunub: 5 246 Kerri “iPhone 6“ Plus istifadə edir, bəs bizimkilər?Azərbaycan siyasətçilərinin çoxu “Samsung”a önəm verir

Dövlət rəhbərləri, siyasətçilər də adi vətəndaşlar kimi gündəlik həyatda müasir telekommunikasiya vasitələrindən, xüsusən də smart mobil telefonlardan istifadə edirlər. Onlar telefon seçərkən onun təhlükəsizliyinə daha çox önəm verirlər, yüksək post tutanlar brend markalardan yararlanırlar.

Bugünlərdə ABŞ-ın xarici işlər naziri (dövlət katibi) Con Kerri fil balası ilə selfi çəkdirib. Onun özçəkim etməsi anı fotolara da düşüb. Bu şəkildən görünür ki, Con Kerrinin telefonu “Apple” məhsulu olan sonuncu model «iPhone 6 Plus»dur. Kerrinin işlətdiyi telefonu da təhlükəsiz cihaz hesab etmək olar.

Qeyd edək ki, bu telefon 9 sentyabr 2014-cü ildə təqdim edilib. Sahib olduğu 1920?1080 ölçülü ekranı ilə Apple tarixindəki ilk Full HD panelə sahib telefon olana «İphone 6 Plus» öz ekranında digər İphone-lara nisbətən 185 faiz daha çox piksel təqdim edir. Yeni «İphone 6 Plus» Full HD Retina ekranında 16:9 aspektindən görüntü verir. Bu telefonun qalınlığı 7.7 millimetrdir. «İphone 6 Plus»larda 16,64 və 128 GB yaddaş var. Telefonun arxa kamerası 8 MP, ön kamerası isə 2 MP-dir. «İphone 6 Plus» modelinə OİS (optik təsvir stabilləşdirici) əlavə olunub. «İphone 6 Plus» 4-6 saata qədər enerji saxlaya bilir. Maraqlı cəhəti isə odur ki, “Apple” şirkətinin təqdim etdiyi “iPhone 6 Plus” modeli 10 saat tam yüklənmiş vəziyyətdə dayanmadan işləmə gücünə görə, dünyanın demək olar ki, bütün “ağıllı” telefonlarını qabaqlayaraq, liderliyi qazanıb. Hazırda bu telefonun Azərbaycanda qiyməti 1200 manatdır.

Maraqlıdır, Azərbaycanda siyasətçilər, deputatlar hansı model telefondan istifadə edir?

Apardığımız araşdırmadan məlum oldu ki, Azərbaycanda əksər siyasətçilər “Samsung” markalı mobil telefonlara üstünlük verir. “Samsung” telefonunu seçənlər arasında Müsavat Partiyasının başqanı Arif Hacılı, AXP sədri Pənah Hüseyn, ADP sədri Sərdar Cəlaloğlu və başqaları var.

Bəs “Samsung” telefonu nə dərəcədə güvənlidir və hansı özəllikləri var?

“Samsung Galaxy S3" Android 4.0.4 Ice Cream Sandwich olaraq satılır. Android 4.0 üzərinə də ”Samsung"un ilk dəfə Galaxy Note ilə təqdim etdiyi TouchWiz 5.0 xüsusi interfeysi yüklənib. TouchWiz 5.0-inın bir digər adı da Nature UX-dir. Xüsusilə ekran kilidini, su üzərində əlinizi gəzdirərək açmaq mümkündür. Ayrıca kilid ekranında istədiyiniz xüsusiyyətləri yerləşdirərək, birbaşa ana ekran yerinə istifadə etmək istədiyiniz xüsusiyyətə (kamera, skaner kimi) keçə bilirsiniz. Cihazın içərisində bir çox “Samsung” proqramı var. Bunlardan ən diqqət çəkəni “Apple”ni xatırladan S Voice proqramdır. Bu proqramla telefonunuza səsli əmrlər verə bilirsiniz. “Samsung Galaxy S3"ün həssas sensor ekranı ilə barmağınızla belə rahatca istifadə edə bilərsiniz...

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin istifadə etdiyi telefon isə İphone 4S-dir. Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə “Nokia”dan istifadə edir.

Ancaq siyasətçilər içərisində “ağıllı” telefonların funksiyalarının qəliz olduğunu düşünüb bir zamanların məşhur markası olan “Blackberry”, “Nokia” istifadə edənlər də az deyil. Deputatların istifadə etdiyi telefon modellərinə gəlincə isə burada iPhone modelləri daha çoxluq təşkil edirdi.

Maraqlıdır, bəs dünya ölkələri liderləri daha çox hansı model telefonlardan istifadə edir?

Bunu öyrənmək üçün internet üzərindən kiçik bir araşdırma apardıq.

ABŞ prezidenti Barak Obama prezident olmamışdan qabaq “Blackberry” istifadəçisi kimi tanınırdı. Məxfi orqanların təkzib etməsinə baxmayaraq o, hazırda məhz bu telefon markasından istifadə edir. Barak Obama hətta bir dəfə belə bir ifadə işlədib: “Təhlükəsizlik baxımından mənim iPhone istifadə etməyimə icazə verilmir”.

Almaniyanın kansleri Anagela Merkel hazırda iki telefondan istifadə edir. O, sədri olduğu Demokratik-Xristian İttifaqı Partiyasının üzvləri ilə danışarkən adətən “Nokia 6260 Slide” markalı telefondan, dövlət və beynəlxalq əhəmiyyətli zənglər üçün isə “BlackBerry Z10" smartfonun xidmətlərindən yararlanır.

Rusiya prezidenti Vladimir Putinin özünün bildirdiyinə görə, ümumiyyətlə, telefon istifadə etmir. Amma digər mənbələrə görə, Putin iPhone istifadəçisidir. Rusiyanın baş naziri Dmitri Medvedyev isə ötən ilə qədər qızğın “Apple” həvəskarı sayılırdı. O, şirkətin həm smartfonundan, həm də planşetlərindən aktiv istifadə edirdi. Lakin Qərblə Ukrayna böhranına görə soyuyan münasibətlər baş nazirin də ABŞ-a məxsus “Apple” şirkətinin məhsullarından imtina etməsinə səbəb oldu. Hazırda Dmitri Medvedyev Rusiyanın Çinlə birgə istehsalı olan “Yota Devices” smartfonlarından istifadə edir.

Fransa prezidenti Fransua Olland isə “Apple” məhsullarına üstünlük verir. Onun şəxsi telefonu olan “iPhone 6" vasitəsilə ailə üzvləri ilə əlaqə saxlayır. Bu telefon sırf onun şəxsi danışıqları üçün nəzərdə tutulub və xidməti danışıqlarda istifadə olunmur. Maraqlıdır ki, Ollandın prezidentlik kürsüsündəki sələfi Nikola Sarkozi telefon danışıqlarının dinlənilməməsi üçün xüsusi təhlükəsizlik sisteminə malik ”Teorem" telefonlarından istifadə edirdi. Lakin böyük ölçüləri və danışmaq üçün hər dəfə 30 saniyəlik fasilə gözləməyi tələb edən bu telefon prezident tərəfindən geri verilmişdi. Sarkozi səlahiyyət müddəti başa çatana qədər “BlackBerry” markalı telefondan istifadə edib.

İtaliyanın baş naziri Matteo Renzi isə “Apple” şirkətinin fanatı hesab olunur. O, hətta bir dəfə şirkətin təsisçisi olan Stiv Cobsu “müasir dünyanın Leoanrdo Da Vinçisi” adlandırmışdı. Hazırda Renzi “iPhone 6" markalı telefondan istifadə edir