BolgeXeber.Com » Dünya » Moskvada parad hazırlığında tank biabırçılığı

Moskvada parad hazırlığında tank biabırçılığı

7-05-2015, 16:03
Oxunub: 4 605 Moskvada parad hazırlığında tank biabırçılığıMoskvanın Qırmızı Meydanında Qələbə paradının məşqi zamanı Rusiya Müdafiə Nazirliyinin öyündüyü “Armata” tankı xarab olub

Axar.az xəbər verir ki, parad hazırlığına gələn şahidlər tanklardan birinin xarab olduğunu bildiriblər.

“Tanklardan biri meydanda xarab oldu. Diktor isə bunun planlaşdırılmış şəkildə baş verdiyini və texnikanın evakuasiya məşqinin aparıldığını deyib”, - rus jurnalist Dmitri Smirnov bildirib.

Hadisə yerinə Rusiya Müdafiə naziri Sergey Şoyqu da yollanıb. Hazırda tank oradan götürülür.

BOLGEXEBER.COM