BolgeXeber.Com » Dünya » SOCAR əməkdaşının qızı senatorun qadın müşavirinə ərə getdi-ŞOK (FOTOLAR)
SOCAR əməkdaşının qızı senatorun qadın müşavirinə ərə getdi-ŞOK (FOTOLAR)
25-05-2015, 12:51
Oxunub: 6 082
Bu gün ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində eynicinsli nikah qeydə alınıb
Virtualaz.org saytı xəbər verir ki, bir çox ştatlarda eynicinsli nikahlara icazə verildiyi ABŞ-da bu xəbər Azərbaycan oxucuları üçün maraqlı görünməyə bilərdi. Əgər nikaha girənlərdən biri azərbaycanlı tanınmış şəxsin qızı olmasaydı...Və üstəlik onun nikah partnyoru senatorun müşaviridir.
Bu nikah barədə “The New York Times” qəzeti yazıb. Qəzetin xəbərində deyilir ki, bu gün Kuinsidə, “Squantum Point”də Rozali Hyuz Fatsio ilə Elnarə Eynullayeva nikaha giriblər. Massaçusets ştatından senator Maykl C.Barret nikah şahidliyi edib. Cütlük Fatsio-Eynullayeva familiyasını götürüb.
Xanım Fatsionun 32 yaşı var və senator Barretin hüquq müşaviridir. Uesli kollecini bitirib və Kolumbiya Universitetindən hüquqşünas ixtisası alıb. O, Massaçusets ştatından İosif Fatsio və Debra X.Fatsio Berlinqtonların qızıdır.
İosif Fatsio Kembricdəki Massaçesets Biotexnologiya Şurasının maliyyə məsələləri üzrə vitse-prezidentidir, Debra X.Fatsio Berlinqton isə Massaçusets Texnologiya İnstitutunun kitabxanasının əməkdaşıdır.
Qəzet yazır ki, xanım Eynullayevanın 28 yaşı var, Massaçusets, Ualthamdakı “Trinity Partners”də səhiyyə iqtisadiyyatı üzrə işləyir. O, Massaçusets Universitetini əla qiymətlərlə bitirib və Konnektikut Ştatı Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
Elnarə Eynullayeva Bakıda anadan olub, Kamal Eynullanın və Tünzalə Eynullanın qızıdır. Tünzalə Eynulla Massaçusets ştatı, Sprinqfildə yaşayır. Elnarənin atası SOCAR-da mexaniki müfəttişdir. Anası Sprinqfild şəhərinin dövlət məktəblərində müəllim əvəzi işləyir, eyni zamanda dəriyə qulluq məhsulları istehal edən “Dilaura Naturals” şirkətinin əsasını qoyub.
Bildirilir ki, xanım Eynullayevanın bundan əvvəlki nikahı boşanma ilə nəticələnib.
BOLGEXEBER.COM








Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər