458 nəfərin olduğu gəmi batdı: kapitan və baş mexanik həbs edildi
2-06-2015, 13:22
Oxunub: 4 737
Çinin cənubunda 50-80 yaş arası 458 nəfəri daşıyan gəmi fırtınaya düşərək batıb
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər cəmi 12 nəfərin həyatını qurtara biliblər, 400-dən çox sərnişindən isə heç bir xəbər yoxdur. Gəminin içərisində qalan sərnişinlərin yardım qışqırıqları eşidilir.
Xilasetmə tədbirləri külək və güclü yağış səbəbindən çətinləşib. İndiyə kimi xilas edilənlər arasında gəminin kapitanı və baş mühəndisinin olduğu bildirilir.
Çinin dövlət radiosu gəminin iki dəqiqə ərzində batdığını və yardım siqnalı vermədiyini, gəmidə olan 7 sərnişinin sahilə üzərək qəza xəbərini çatdırdığını deyib.
Çinin baş naziri axtarış və xilasetmə tədbirlərinə nəzarət etmək üçün hadisə yerinə gəlib.
Batan gəmidə yaxınları olanlar isə turu təşkil edən şirkətin Şanxaydakı ofisinə basqın ediblər.
Xilasedicilər gəminin üzərinə cəkiclə vuraraq sağ qalanların olduğu yeri müəyyən etməyə çalışırlar.
Çinin mərkəzi televiziyası isə xəbər yayıb ki, polis batmış “Şərq Ulduzu” adlı gəminin kapitanını və baş mexanikini həbs edib.
Son məlumatlara görə, 13 nəfər xilas edilib, 5 nəfərin meyiti tapılıb.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər