BolgeXeber.Com » Dünya » Pişik gözlü uşaq - Video

Pişik gözlü uşaq - Video

24-01-2012, 10:35
Oxunub: 4 340 Çində qeyri-adi oğlan yaşayır.

Bu uşaq eynən pişik təki, qaranlıqda aydın görür. Onun gözləri də mavidir, pişik gözlərinə bənzəyir.

Bolgexeber.com CCTV-yə istinadən bildirir ki, Çinin cənubundakı Dahua vilayətində yaşayan Nonq Yuhuyun gözləri qaranlıqda pişik gözləri təki, işıldayır.
"Oğlum dünyaya gələndən sonra onun gözlərinə baxanda narahat oldum. Çünki biz çinlilər qaragözlüyük. Oğlum isə mavi gözlü idi", - Yuhuyun atası deyir.

Nonqun oxuduğu məktəbdə müəllim işləyən Nin Qinçi isə bildirir ki, oğlan çox ağıllı, zəhmətkeş uşaqdır.

Həkimlərin dediklərinə görə, Nonqun gözlərinin qeyri-adiliyinin səbəbi anadangəlmə patologiya olan leykodermiyadır.
Bu səbəbdən də onun göz bəbəyində müdafiə piqmenti yoxdur və gözlər işığa daha həssasdır.