BolgeXeber.Com » Dünya » Zorla başını bağlayıb ərə verdilər — ŞOK VİDEO

Zorla başını bağlayıb ərə verdilər — ŞOK VİDEO

11-06-2015, 15:18
Oxunub: 3 985 Zorla başını bağlayıb ərə verdilər — ŞOK VİDEOBaşına şal bağlandısa, ərə getməyə borcludur

Ölkə.Az xəbər verir ki, Qazaxıstanda yeri adət-ənənənin ayinini əks etdirən qalmaqallı video yayılıb.

Jurnalist Baurjan Ordanın "Facebook" səhifəsində paylaşdığı videoda bir kişi və qadın qaçırıldığı ehtimal olunan qızın başına zorla şal bağlayırlar.

Videonun "qəhrəmanı" müqavimət göstərməyə çalışsa da, sonda baş örtüyünü geyindirmək mümkün olur və bundan sonra o sakitləşir.

Məlum olub ki, bu, Qazaxıstanda köhnə adətlərdən biridir. Belə ki, qaçırılan qızın başına şal bağlanarsa, o, ərə getmiş sayılır.

Qeyd edək ki, BMT-nin məlumatına görə, Qazaxıstanda qadınların 7%-i 18 yaşına qədər ərə gedib. Bu isə məhz qaçırılma halları ilə əlaqədardır.
BOLGEXEBER.COM