BolgeXeber.Com » Dünya » Öldürülən qızın ekspertizasının dəhşətli nəticəsi - Video

Öldürülən qızın ekspertizasının dəhşətli nəticəsi - Video

23-06-2015, 17:17
Oxunub: 4 683 Öldürülən qızın ekspertizasının dəhşətli nəticəsi - VideoTürkiyənin Muğla vilayətində vəhşicəsinə qətlə yetirilən Cansu Qayanın ekspertiza rəyi qan dondurub

Türkiyəyə Özgəcan travmasını yenidən yaşadan Qayanın qatilləri gənc qızı öldürdükdən sonra ona təcavüz ediblər.

Həm oxuyub, həm də işləyərək ailəsinə maddi dəstək göstərən qızı ofisiant işlədiyi restorandan çıxdıqdan sonra görən olmayıb.

İşdən çıxan qızın cəsədi 3 gün sonra Dalyanda su kənarında tapılıb.

Ekspertiza rəyi şok detallar üzə çıxarıb. Onun bədənindən dırnaq izləri tapılıb.Ekspertiza rəyinə görə, qızın boynundakı yaraların yaranma vaxtı ilə onun təcavüz olunma vaxtı başqa olub.
Buna görə, gənc qızının öldürüldükdən sonra təcavüzə uğradığı məlum olub. Qayanın meyitinin yarılmasından sonra onun boğulub təcavüzə uğradığı təyin olunub.

Hadisənin ardından gənc qızla ən son görüşən N.D. və M.P.C. adlı şəxslər polis tərəfindən nəzarətə alınıblar.



(atv.az)