İŞİD Kobanidə 20 kürdü edam edib
26-06-2015, 11:15
Oxunub: 3 692
İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması Suriyanın Kobani şəhərində aralarında qadın və uşaqlar da olmaqla 20 kürdü edam edib
Modern.az bildirir ki, bu haqda “France-Press” agentliyinə suriyalı hüquq müfafiəçiləri məlumat veribər.
İŞİD yaraqlıları Kobaniyə iyunun 24-dın 25-nə keçən gecə Suriya-Türkiyə sərhədindəki sərhəd-keçid məntəqəsinin yaxınlığında terror akti törədərək hücuma keçiblər. Hücum şəhərin yaşayış məhəllələrinin minomyotlardan intensiv atəşə tutulması ilə müşayiət edilib. Livanın “Əl-Mayadin” televiziya kanalının verdiyi xəbərə görə, terrorçular şəhərin yaşayış məhəllələrinin içərisinə qədər irəliləyə biliblər.
“Reuters”in məlumatında isə qeyd edilir ki, partlayış və toqquşmalar zamanı şəhərdə 12 nəfər həlak olub, 70-ə yaxın adam yaralanıb.
Kobani 2014-cü ilin yanvar ayından 2015-ci ilin yanvar ayına qədər İŞİD-in nəzarətində olub. Bu ilin yanvarında kürdlər ABŞ aviasiyasının dəstəyi ilə yaraqlıları şəhərdən sıxışdırıb çıxarmağa nail olub. Bu, Suriya və İraqda İŞİD-ə qarşı aparılan mübarizədə koalisiya qüvvələrinin ən başlıca qələbəsi hesab edilirdi.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər