BolgeXeber.Com » Dünya » 8 yaşlı gitaraçının böyük uğuru –Video

8 yaşlı gitaraçının böyük uğuru –Video

31-01-2012, 11:50
Oxunub: 4 215 Zoyenin ifalarını “You Tube” video portalı üzərində izləyənlərin sayı artıq milyonları keçib

Səkkiz yaşlı gitara ifaçısı Zoye Tomsonun mahir ifası azyaşlı ingilis qızına internetdə dünya şöhrəti qazandırıb. Zoye ötən il Metallica - Enter Sandman musiqi parçasını ifa etməklə məşhur olmuş, uşaqlardan ibarət “Mini Band” adlı rok qrupun gitaraçıdır. Bununla belə balaca gitaraçı solo ifasıyla da milyonların ürəyini fəth etməyi bacarıb. Zoyenin ifalarını “You Tube” video portalı üzərində izləyənlərin sayı artıq milyonları keçib. Onun 15 gün əvvəl portala yerləşdirilən videosu 2 milyon 300 dəfədən çox izlənib. Gənc rok ifaçısı özü dünyaya gəlməzdən əvvəl yazılmış mahnıları mükəmməl sol və sağ əli ilə virtuoz şəkildə ifa edir. Anası kolit ingiltərə mətbuatına verdiyi müsahibədə Zoyenin internetdəki uğurlarına çox sevindiyini bildirib.