BolgeXeber.Com » Dünya » İki adamyeyən evlənmək istəyir - Foto

İki adamyeyən evlənmək istəyir - Foto

2-02-2012, 15:00
Oxunub: 4 116 Onların ikisi də adamyeyəndir. Özü də məcazi yox, sözün əsl mənasında.

5 uşaq anasını doğrayaraq yemiş İsakin Yonssonla məşuqunu mətbəxdə şaqqalayaraq onun qanını içən Mişel Qustaffson həbsxanada evlənmək fikrindədirlər.

Bolgexeber.com "The Guardian"a istinadən bildirir ki, 33 yaşlı Yonssonla 23 yaşlı Qustafsson İsveçin ən təhlükəli məhbusları sayılırlar. Onlar həbsxanada sərt nəzarət altında saxlanılırlar.
İsakin Yonsson aylarla qeyri-rəsmi nikahda yaşadığı, 5 uşaq anası olan Helle Kristenseni boğaraq öldürmüş, sonra onun başını kəsmiş, bədənini şaqqalamış və bir neçə tikəni qızardaraq yemişdi.

Bundan sonra Yonsson əməlləri barədə internetdə danışaraq "populyar" olmuşdu.
Qustafsson isə məşuqunu, bir övlad atası Deniel Stenmanı öldürüb. Stenman boşanandan sonra tək yaşayırdı - Mişellə tanış olana qədər.

Mişel gecələrdən birində onu mətbəxdə bıçaqlayıb, sonra qurbanının qanını stəkana yığaraq içib.
Həmin anların fotolarını çəkən Mişel sonradan o fotoları internetdə yerləşdirmişdi.
Fotoda əlində bıçaq tutmuş Mişelin dodaqları qanlı idi.

İsveçin Katrinholm şəhərindəki "Karsuddens" həbsxana-klinikasında saxlanan Qustaffson və Yonssonun dediklərinə görə, onlar ailə həyatı qurmağı planlaşdırırlar