BolgeXeber.Com » Dünya » Arvadlarını bellərinə alıb, finiş xəttinə doğru qaçdılar - Qeyri-adi dünya çempionatı - VİDEO
Arvadlarını bellərinə alıb, finiş xəttinə doğru qaçdılar - Qeyri-adi dünya çempionatı - VİDEO
8-07-2015, 16:29
Oxunub: 6 527
Finlandiyanın kiçik Sonkayarvi şəhərində ənənəvi çempionat keçirilib
Sayca 20-ci dəfə keçirilən dünya çempionatına iştirak etmək üçün 14 müxtəlif ölkədən 60 cütlük Finlandiyaya toplaşıb. Minlərlə yerli və xarici turist bu həyəcanlı yarışı izləmək üçün Sonkayarviyə axın edib.
2 gün davam edən çempionat olduqca qızğın mübarizəyə səhnə olub. Qalib gəlmək üçün çox məşq etdikləri ilk baxışdan hiss olunan cütlüklərin əksəriyyəti sonadək mübarizəni davam etdirib. Start və Finiş xətti arasındakı məsafə 254 metr olsa da, yola düzülən bir-birindən çətin maneələr, xanımlarını bellərində daşımalı olan iştirakılara da çətin anlar yaşadıb.
Dünya çempionatında yerli idmançı Ville və xanımı gimnast Sari finiş xəttinə birinci çatıb. Qısa, amma məşəqqətli yolu 1 dəqiqə 2 saniyə ərzində qət edən Ville ötən ilki çempion titulunu da qoruya bilib. Bu çempionatda ümumilikdə 5 dəfə çempion olmuş finlandiyalı hüquqşunas Taista və xanımı Kristina onlardan cəmi 3 saniyə geridə qalıb.
Dünyanın müxtəlif ölkələrindən gələn, amma yer tuta bilməyən cütlüklər Finlandiyadan sadəcə xoş xatirələrlə qayıdası olub. Onu da qeyd edək ki, bəzi dövlətlərin təmsilçiləri öz ölkələrində keçirilən oxşar yarışlarda qalib gələrək Finlandiyadakı dünya çempionatında iştirak etməyə haqq qazanmışdı. İştirakçılar arasında həvəskar cütlüklər də nəzərə çarpıb.
O ki, qaldı qalib cütlüyün qazandığı mükafata, arvadını belinə alaraq finiş xəttinə hamıdan qabaq çatan çempion, elə xanımı ağırlığında pivə ilə mükafatlandırılıb. Dünya çempionatını dünya miqyasında 500 milyondan çox televiziya tamaşaçı izləyib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər