Saakaşvili bu gözəli özünə müavin götürdü — FOTOLAR
11-07-2015, 09:45
Oxunub: 4 280
25 yaşlı Yuliyanın tələbəlik illəri ABŞ-ın ən yaxşı universitetlərində keçib
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna prezidentinə yeni müavinlərini təqdim edib.
Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, bunlar Avromaydan fəali, 25 yaşlı Yuliya Maruşevskaya və 51 yaşlı Əfqanıstan müharibəsinin veteranı, biznesmen Vladimir Jmakdır. Saakaşvili vurğulayıb ki, hər iki şəxsin dövlət xidmətində təcrübəsi yoxdur.
Gürcüstanın keçmiş prezidentinin fikrincə, bu isə o deməkdir ki, o, hakimiyyətə yeni təmiz və kompetetnli adamları gətirib.
Saakaşvili özünün Facebook səhifəsində yaxın silahdaşlarını təqdim edib. O, xüsusilə vurğulayıb ki, 25 yaşlı Yuliyanın tələbəlik illəri ABŞ-ın ən yaxşı universitetlərində keçib: “Yuliya son illərdə Harvard və Stendford universitetlərində oxuyub, özü isə Odessa vilayətinin Tatarbunarski rayonundandır”.
“Azadlıq hamımızın ürəyindədir, azadlıq bizim ağlımızdadır. Biz – sivilizasiyalı adamlarıq, bizim hakimiyyətdəkilər – barbarlardır”, — Yuliya bunu Kiyevdəki Maydan hərəkatı zamanı deyib.
Odessa vilayətinin qubernatorunun ikinci müavini isə onun keçmiş dostudur. Saakaşvili etiraf edib ki, Jmakı 30 ildir tanıyır.
Jmak fransalı xanımla evlənib və onların 4 övladı var.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər