Bu kənddə ev almaq üçün böyrək satırlar - FOTOLAR
13-07-2015, 18:50
Oxunub: 8 901
"Nə edək, yoxsulluqdur, səfalətdir. İmkanımız olsaydı, belə edərdikmi?! Təbii ki, yox. Amma ev almalı, ailə qurmalı, haradasa yaşamalıyıq axı..."
Nepalda, paytaxt Katmandunun yaxınlığındakı Hokse kəndindəki kişilərin tam əksəriyyətinin bir böyrəyi yoxdur.
Onların hər biri böyrəyini satıb. Ev, davar almaq, ailə qurmaq, toy etmək üçün.
37 yaşlı Gitanın əri də bir böyrəksizdir. Gitanın dediyinə görə, əri Hindistana yollanıb və orada böyrəyini 2 min dollara satıb.
"Kənddə hamı, bütün kişilər belə edirlər. Ev almaq üçün", - Gita deyir.
Fəqət, Napalda aprel ayında yaşanmış dağıdıcı, fəlakətli zəlzələ Haksedəki evlərin çoxunu yerlə yeksan edib.
Böyrəklərini sataraq ev alan və ya ev tikən adamların çoxu indi küçədə qalıb.
Gita və əri indi həyətlərindəki çadırda yaşayırlar.
4 övlad anası olan qadının dediyinə görə, çarə böyrəklərindən birini satmaq, əldə ediləcək pula yenidən ev tikməkdir.
Nepal Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ölkə vətəndaşları arasında Hindistana yollanaraq böyrəklərini satanlar azalmır. Hindistanda "qara bazar"da böyrək klinika və xəstəxanalara 10 min dollara təklif olunur.
İnsan əzaları ilə qanunsuz ticarətin illik dövriyyəsi 1 milyard dollardan artıqdır.
Nepalda böyrək satışının ən çox yayıldığı bölgə Kavrepalançukdur. Burada sağlam böyrəyə görə hətta 200 dollar da təklif olunur. Daha sonra həmin böyrək ən azı 9 min dollara satışa çıxarılır.(milli.az)



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər