BolgeXeber.Com » Dünya » Belarus prezidentinin korteji qəzaya düşdü – VİDEO

Belarus prezidentinin korteji qəzaya düşdü – VİDEO

16-07-2015, 12:33
Oxunub: 3 641 Belarus prezidentinin korteji qəzaya düşdü – VİDEOMaşında Lukaşenkonun təhlükəsizlik xidmətinin əməkdaşları olub.

Xəsarət alanlar var.

Belarus prezidenti Aleksandr Lukaşenkonun korteji Orşa-Moqilev trassasında qəzaya düşüb.

Oxu.Az xəbər verir ki, qəza iyulun 7-də yerli vaxtla saat 21:00-da Lukaşenkonun Aleksandriya şəhərindən Minskə qayıtdığı zaman baş verib.

“Prezident kortejinin qarşısına BMW markaı maşın çıxıb və böyük sürətlə Mersedes markalı maşına çırpılıb. “Sprinter”in sərnişinləri xəsarət alıblar, belə ki, maşın xəndəyə düşüb və bir neçə dəfə fırlanıb”, – qəza ilə bağlı yayılmış məlumatlarda deyilir.

Qeyd olunur ki, Belarus lideri qəzaya düşmüş maşında olmayıb. Maşında Lukaşenkonun təhlükəsizlik xidmətinin əməkdaşları olub. Qəza nəticəsində onlar xəsarət alıblar və xəstəxanaya yerləşdiriliblər.

BMW-nin sürücüsünə qarşı cinayət işi qaldırılıb.
Bolgexeber.com