Türkiyədən gətirilən kolbasalar at-eşşək ətindəndir
18-07-2015, 13:38
Oxunub: 5 681
Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi bu ölkənin məşhur firmalarına məxsus ət məhsullarında at, eşşək və donuz əti aşkarlayıb
Nazirliyin yaydığı açıqlamada deyilir ki, məhsullarında icazə verilməyən qatqılar aşkarlanmış şirkətlərin siyahısında bir çox ölkələrə, o cümlədən də Azərbaycana məhsul ixrac edən tanınmış firmaların adı var.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müayinələrin nəticələrinə görə, kolbasa və sosislərdə at və eşşək ətinə, ətçəkəndən keçirilmiş və dilimlənmiş ət qablaşdırmalarında isə donuz ətinə və piyinə rast gəlinib. Yağlı pendir və kərə yağlarında isə heyvan piyləri aşkarlanıb.
Məsələn, “Nazifoğlu” firmasının istehsal etdiyi, 100 faiz dana əti olduğu iddia edilən kolbasalara at və eşşək əti qarışdırılıb.
“Çiftarslanlı” markası adı istehsal olunan “Çiftarslanlı” ət və ət məhsullarına da at və eşşək əti vurulduğu aşkarlanıb.
“Elmalı çifliyi” markalı kərə yağlarının jelatin və heyvan yağları qarışdırıldığı bəlli olub.
“Akdeniz” və “Onurköy” əmtəə nişanlı qatıq və yoqurtlara bitki mənşəli yağlar və jelatin qatılıb.
“İlgaz yaylası” markalı tulum pendirinin tərkibinə nişasta vurulub.
“Bacanaklar Güldem Süt” firmasının pendirinin tərkibinə günəbaxan yağı vurulub.
“Balderesi” markası ilə istehsal edilən süzmə çiçək balının tərkibində şəkər və qatqılar aşkarlanıb.
“Milenyum pide” markalı məhsullara donuz əti qatılıb.
Xatırladaq ki, bu firmaların məhsulları Bakının marketlərində də satılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər