Astroloji proqnoz - 20 iyul
20-07-2015, 10:01
Oxunub: 4 959
Az qala hər tərəfdən sizə maneələr olacaq
QOÇ - İmkan daxilində oturaq işlərdən uzaqlaşmalı, səyyar fəaliyyətlə məşğul olmalısınız. Qarşılıqlı münasibətlərdə isə hər şey ürəyinizcə olacaq. Vaxt tapıb təbiət qoynuna da çıxın.
BUĞA - Səhhətinizdəki nasazlığa dözə bilsəniz, bu təqvimin ümumi çalarları ürəyinizcə olacaq. Hətta nahar ərəfəsində şəxsi büdcənizdə artım da gözlənilir. Gün şüasında çox durmayın.
ƏKİZLƏR - Zodiak işarələri arasında yeni işlərə başlamaq üçün bu gün daha çox sizin bəxtiniz gətirə bilər. Nəzərə alın ki, bu gündən etibarən uzun müddət qarşınızda sipər olan qapılar açılacaq.
XƏRÇƏNG - Bir tərəfdən səhhətinizdəki nasazlıq, digər tərəfdənsə işlərinizin ləng inkişafı sizdə çaşqınlıq yarada bilər. Özünüzü itirməyin. Sövdələşmələrdə risk etməyə dəyməz.
ŞİR - Əməkdaşlıq zəminində bəxtiniz gətirə bilər. Çünki ulduzların düzümü istənilən sövdələşmədən xeyir qazanacağınızı bəyan edir. Xüsusən də günün ikinci yarısı sürprizləriniz olacaq.
QIZ - Qaynar iyulun bu təqvimində hamıdan şanslı olacağınız gözlənilir. Varlanma ehtimalınız da var. Amma uzaq səfərlərə çıxmaq üçün əlverişli ərəfə deyil. Axşam qonaq getmək olar.
TƏRƏZİ - Yalnız maliyyə işlərinizdə müəyyən geriləmə mümkündür. Qalan məsələlərdə isə sevindirici məqamlarınız çox olacaq. Qohum-qonşularla, eləcə də həmkarlarınızla mehriban olun.
ƏQRƏB - Dəstəyə ehtiyacınızın olduğunu nəzərə alan ulduzlar bu gün sizə kömək göstərəcək. Öz növbənizdə siz də aktivlik göstərməlisiniz. Saat 14-dən sonra daha cəsarətli addımlar atın.
OXATAN - İxtiyarınızda olan bu təqvimdə ehtiyatlı olmalısınız. Bir məsəldə deyilmişkən, "soyuq su da dodağınızı yandıra bilər". Bunun üçün ilk növbədə riskli hərəkətlərdən, tələsik qərarlardan uzaq olun.
OĞLAQ - Müəyyən məziyyətlərinə görə gərgin gündür. Az qala hər tərəfdən sizə maneələr olacaq. Özünüzdə təpər tapıb hər havaya oynamayın. Saat 15-dən sonra vəziyyətiniz sabitləşəcək.
SUTÖKƏN - Çıxardığınız hər bir qərarı dəfələrlə götür-qoy edin. Yanlışlığa yol verməyin. İlk növbədə nüfuzunuzu qoruyun. Astroloji göstəricilər yeni ideyalara yiyələnəcəyinizdən xəbər verir.
BALIQLAR - Havaların qaynarlaşması sizin üçün o qədər də səmərəli deyil. Bu səbəbdən diqqətli və alicənab olmalısınız. Yeni təkliflər aldığınız təqdirdə imtina etməyə tələsməməlisiniz.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər