BolgeXeber.Com » Dünya » İranlı qadın nindzalar - Video - Foto

İranlı qadın nindzalar - Video - Foto

7-02-2012, 13:25
Oxunub: 5 418 Qisu Misa Əhmədini İrandakı generallar "Ölüm maşını" adlandırırlar.

O, İranla yanaşı, bütün müsəlman ölkələrinin ilk və hələlik yeganə qadınıdır ki, Yaponiyanın dünyaca məşhur, mistik "nindzuztsu" təliminin kamil bilicilərindən sayılır.

Misa Əhmədi 20 ildən bəri nindzutsu ilə məşğul olur və Yaponiyada 15 il təlim keçib.

Onun "sağ əli" isə "sensey" titulunu Yaponiyada almış nindzutsu ustası, azərbaycanlı Əkbər Fərəcidir.

Bolgexeber.com "Press TV"yə istinadən bildirir ki, İrandakı yeganə qadın nindzutsu təlim mərkəzinə rəhbərlik edən xanım Əhmədinin dediyinə görə, tələbələrinə karate, taekvondo, ciu-citsu, kendo, nihon-kempo, syorinzi-kempo, kiko, yuqen, cüdo, yaydzutsu, naqinatadzutsu, kobudo, aykido ilə yanaşı, Filippinin arnis və kombatan, Koreyanın thekken və tansudo, Çinin uşu-taolu, İndoneziyanın pençak-silat və s. döyüş növlərinin əsaslarını da öyrədir.
Onun tələbələrinin əksəriyyəti azərbaycanlı xanımlardır.

Daha dəqiq olsaq, 1989-cu ildə fəaliyyətə başlamış "İran Qadın Nindzutsu Məktəbi"ndə indi 3500 xanım məşq edir. Onların 2400 nəfəri İran azərbaycanlılarıdır.

Məktəbin məşqçi müəllimələrindən biri, əslən Təbrizdən olan Fatma Mamərinin dediyinə görə, şagirdlərinə "ağıl və bədən arasında tənasüb yaratmağı" öyrədir.

"Nindzutsuda əsas məsələ sayğı və itaət, ruh zənginliyi və ağıldır. Şagirdlərimə də ilk əvvəl özlərinə, sonra da məşğul olduqları sənətə sayğını öyrədirəm. Onlar kişilərdən də qorxmurlar. Daha doğrusu, xanımlarımız onları təhdid edən kişilərə, sadəcə, "Kişisən, yaxın gəl!" deyirlər", - Maməri gülərək deyib.

Onun şagirdi olan gənc xanımlar fəndlərlə yanaşı, oxatma, qılınc oynatmaq, nunçaklar və sürikenlərlə davranmağı da öyrənirlər.
Sensey Əkbər Fərəci isə deyir ki, 22 il əvvəl İranda ilk nindzutsu klubunu yaradanda məşq edənlərin sayının 24 min nəfərə çatacağını düşünməzdi.

Nindzutsu dünyanın ən təhlükəli döyüş növlərindən biri sayılır.