BolgeXeber.Com » Dünya » Obama atasının vətəni Keniyadadır(FOTO, VİDEO)

Obama atasının vətəni Keniyadadır(FOTO, VİDEO)

25-07-2015, 10:10
Oxunub: 3 008 Obama atasının vətəni Keniyadadır(FOTO, VİDEO)Prezidentin 94 yaşlı nənəsi Sara Obama əmindir ki nəvəsi mütləq ona baş çəkəcək

ABŞ-nın prezidenti Barak Obamanın atasının vətəni Keniyaya 2 günlük rəsmi səfəri başlayıb.

ANS PRESS-in məlumatına görə bu Obamanın prezident seçilməsindən sonra Keniyaya ilk səfəridir. ABŞ Prezidenti paytaxt
Nayrobidə keniyalı həmkarı Uhuru Keniata ilə görüşəcək, daha sonra isə Afrikada sahibkarlıq mövzusunda keçiriləcək konfransa iştirak edəcək.

Biznesdən və investisiyalardan savayı səfər zamanı təhlükəsizlik və terrorizmlə mübarizə mövzularıda müzakirə olunacaq.

Keniyadan sonra ABŞ Prezidenti Efiopiyaya yollanacaq. Burda Obama Afrika İttifaqı qarşısında çıxış edəcək.

Keniyaya səfəri çərçivəsində isə ali qonağı təkcə rəsmi qəbullar gözləmir. Obamanın atasının dəfn edildiyi Koqelo kəndinə gələcəyi planlaşdırılır. Prezidentin 94 yaşlı nənəsi Sara Obama əmindir ki nəvəsi mütləq ona baş çəkəcək. O artıq Barak üçün şam yeməyinə nə hazırlayacağınıda düşünüb: toyuq və qoyun əti.
Obama atasının vətəni Keniyadadır(FOTO, VİDEO)

Sara Obama - Barak Obamanın nənəsi
Obama atasının vətəni Keniyadadır(FOTO, VİDEO)

Barak Obamanın ailəsi. Keniya

53 yaşlı Barak Hüseyn Obama ABŞ-ın 44-cü Prezidentidir. O, Afrika ölkələri Keniya və Efiopiyaya rəsmi səfər edən ilk ABŞ prezidenti kimi tarixə düşəcək.
Bolgexeber.com