BolgeXeber.Com » Dünya » Ukraynada Azərbaycan diasporunun liderlərindən biri vəhşicəsinə qətlə yetirilib
Ukraynada Azərbaycan diasporunun liderlərindən biri vəhşicəsinə qətlə yetirilib
17-08-2015, 18:07
Oxunub: 4 497
Tağıyevin cəsədini “Mersedes”də aşkar ediblər
Hersonda (Ukrayna) yerli Azərbaycan icmasının liderlərindən biri biznesmen İlham Tağıyev vəhşicəsinə qətlə yetirilib.
Oxu.Az “Herson-onlayn”a istinadən xəbər verir ki, İlham Tağıyevin cəsədi “Mersedes”də aşkar edilib. Milisin ehtimalına görə, avqustun 17-nə keçən gecə sahibkar öz avtomobilində əyalət mərkəzinin Berislavsk şossesində icarəyə götürdüyü qaraja gəlib. Cinayətkarlar onu orada gözləyiblər.
“Bərk küt alətlə” başına vurulan üç zərbə il adamı yerə yıxıblar, daha sonra ayaqla vuraraq üç qabırğasını sındırıblar.
Daha sonra cəsədi maşına atıblar, cibindən yaxınlıqda yerləşən evinin açarlarını götürüblər və ora yollanıblar.
Şahidlərin sözlərinə görə, mənzildə onların gedişindən sonra hər şey alt-üst idi, gizlin yer axtarışında onlar divanları aşırıb, divardan xalçaları çıxarıblar.
Qarətdən sonra məişət texnikası yerində qalıb, amma nə qədər pul və zinət əşyasının oğurlandığı bəlli deyil.
Tağıyevin arvadı və qızı qohumlarını ziyarət etmək üçün Azərbaycana gəliblər. Oğlu isə Kiyevdə yaşayır.
O, ət yarımfabrikatların ticarəti ilə məşğul olan böyük regional şirkətin nümayəndəsi idi. Biznesmen cümə və şənbə günü bütün vilayətdə olan ticarət nöqtələrindən əldə edilən gəliri yığıb, təchizatçı müəssisənin hesabına köçürürdü.
Pulları kişi maşınının baqajında gəzdirirdi, bazar günləri isə pullar onun evində qala bilərdi. Ona görə də milis əməliyyatçıları zərərçəkənə hücumun öncədən əldə edilmiş informasiya əsasında təşkil edilə biləcəyini ehtimal edirlər.
İlham Tağıyev Hersondakı etnik azərbaycanlıların mədəni və ictimai həyatlarında fəal iştirak edirdi, işğal edilmiş Krımdan olan qaçqınlarına - krım tatarlarına həyat qurmaqda və iş tapmaqda kömək edirdi.
Onun qətlə yetirilməsi çoxları üçün zərbə oldu. Onlar hesab edirlər ki, biznesmenin qatillərini tezliklə tapıb, həbs edib və qanunun bütün sərtliyi ilə cəzalandırmaq lazımdır.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər