BolgeXeber.Com » Dünya » Azərbaycan vətəndaşı bakirəliyini 5 milyona satmaq üçün müqavilə bağladı, başına nələr gəldi...

Azərbaycan vətəndaşı bakirəliyini 5 milyona satmaq üçün müqavilə bağladı, başına nələr gəldi...

28-08-2015, 15:47
Oxunub: 3 496 Azərbaycan vətəndaşı bakirəliyini 5 milyona satmaq üçün müqavilə bağladı, başına nələr gəldi...Qız sənədi imzalayandan sonra aldadıldığını başa düşüb və oğlanı yumruqlamağa başlayıb

Rusiyanın Perm vilayətində adı açıqlanmayan, Azərbaycan vətəndaşı olan 20 yaşlı qız (milliyyəti göstərilmir) bakirəliyini satmaq qərarına gəlib. Əvəzində zorlanıb və özünü 3-cü mərtəbədən atmaqla xilas ola bilib.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion və biabırçı əhvalat barədə “Arqumenti i Faktı” qəzetinin Perm əlavəsi (“AiF-Prikamye”) yazır.

Məlumata görə, qız bakirəliyini satmaqla pul qazanmaq qərarına gəlir. Rusiya İstintaq Komitəsinin Bereznikovsk rayonu üzrə İstintaq İdarəsindən bildirildiyinə görə, hadisə bu il iyunun sonlarında baş verib. Azərbaycan vətəndaşı olan qız internetdə Prikamye şəhər sakini ilə yazışaraq “iş” barədə razılığa gəlib.

Müstəntiqlərin bildirdiyinə görə, tərəflər arasında qızın bakirəliyinin 14 min dollara satılmasına dair razılıq əldə olunub.

29 yaşlı həmin şəxs yazışdığı qıza təyyarə bileti alıb və qız Azərbaycandan Perm vilayətinin Berezniki rayonuna gedib. Qızı aeroportda qarşılayan həmin şəxs onu əvvəlcədən hazırladığı mənzilə aparıb.

“Gənclər öz aralarında pul barədə razılığa gəliblər, bundan sonra qız oğlanın pulu ödəmək qabiliyyətinin olduğuna əmin olmaq istəyib. O, xahiş edib ki, oğlan həmin məbləğə malik olduğunu təsdiq edən bank sənədi təqdim etsin. Bunun əvəzində oğlan müqavilənin imza yeri olan son səhifəsini və başqa sənədə aid olan rekvizitləri qıza təqdim edib.

Tərəflər müqavilə imzalayıblar, ancaq qız müqaviləni oxumadan imzalayıb, təkcə orada göstərilən 5 milyon rubl məbləğinə baxıb. Əslində isə məlum olub ki, həmin şəxs qızı aldadıb və onun imzaladığı müqaviləyə əsasən qız özü oğlana 5 milyon rubl verməli idi”- deyə işi aparan baş müstəntiq Denis Yefimçev bildirib.

Qız sənədi imzalayandan sonra aldadıldığını başa düşüb və oğlanı yumruqlamağa başlayıb. Oğlan da onu döyüb. O, qonağını qorxutmaq üçün hüquq-mühafizə orqanlarında işlədiyini və tabe olmasa, başına hər cür iş gələcəyini deyib.

Prikamye sakini qıza bildirib ki, ondan qaçıb gizlənmək mümkün olmayacaq və müqavilədə göstərilən 5 milyon rublu ödəməsə, Bereznika rayonunda fahişəliklə məşğul olmağa məcbur olacaq.

Nəticədə qız tabe olub və onlar gecəni bir yerdə keçiriblər. Həmin şəxsə intim xidmət göstərməklə yanaşı qız kamera qarşısında yarışılpaq poza da verməli olub. Səhər tezdən oğlan qızı mənzildə qoyub və qapını bağlayaraq işə gedib. Zərərçəkən qaçmağa qərar verib.

“Qız döşəkağılarından kanat düzəldib. Onunla mənzildən aşağı düşməyə çalışıb, ancaq heydən düşdüyü üçün üçüncü mərtəbədən aşağı yıxılıb. Onu təsadüfən yoldan keçənlər aşkar ediblər və təcili yardım çağırıblar. Qıza çanaq sümüyünün sınması diaqnozu qoyulub”- deyə müstəntiq bildirib.

Qızın şikayətindən sonra hüquq-mühafizə orqanları həmin oğlanı həbs ediblər və bu gün ona qarşı rəsmi ittiham irəli sürüləcək. Onu zorlamada və başqasının azadlığını zorla məhdudlaşdırmaqda ittiham edirlər.

Məhkəmə hökmü olmadığından zərərçəkənin və onu aldadan şəxsin adları göstərilməyib.
Bolgexeber.com