BolgeXeber.Com » Dünya » Putindən Qərbə xəbərdarlıq

Putindən Qərbə xəbərdarlıq

27-02-2012, 12:20
Oxunub: 6 551 "Suriyada Liviya ssenarisinin təkrarlanmasına imkan vermərik"

Rusiyanın baş naziri Vladimir Putin prezident seçkiləri kampaniyası çərçivəsində müxtəlif məsələlərə baxışını ifadə edən yeddinci məqaləsini "Moskovskie Novosti" qəzetinə yazıb.

Xarici siyasətlə bağlı yazıda Putin Suriyada Liviya ssenarisinin təkrarlanmasına icazə verilməməli olduğunu deyib və İrana hərbi müdaxilənin nəticələrinin dağıdıcı olacağını vurğulayıb.

ABŞ rəhbərliyindəki koalisiya çəkildikdən sonra Əfqanıstanın yenidən qurulmasında iştirak edə biləcəklərini vurğulayan Putin Qərb ölkələrinin insan haqları anlayışından öz mənafeləri üçün istifadə etdiklərini bildirib. Putin, ABŞ-ın "mütləq məğlubedilməzlik" eyforiyasına qapılaraq səhvə yol verdiyini yazıb.

Qərb liderliyindəki hərbi müdaxilələrin ərəb ölkələrinə demokratiya gətirməyəcəyini və bu müdaxilələrin BMT çətiri altında formalaşdırılan beynəlxalq təhlükəsizlik strukturunu pozduğunu bildirən Rusiyanın baş naziri Qəddafinin orta əsrlərdə belə görünməmiş qəddarlıqla xalq tərəfindən öldürüldüyünü xatırladıb: "Biz bunu acı bir dərslə öyrəndik. BMT Təhlükəsizlik Şurasında Suriyanın daxili işlərinə qarışan, hərbi müdaxiləyə yol açan oxşar qərarın qəbuluna əsla imkan vermərik".