Angela Merkel: “Bir dəfə o qədər içmişdim ki…” FOTOLAR
8-09-2015, 11:57
Oxunub: 7 699
Bəs kansler siyasətdə uğurlu olduğu kimi mətbəxdə də biş-düş bacarırmı?
Almaniyanın dəmir ledisi, kansler Angela Doroteya Merkel bu gun heç şübhəsiz ki, dünya siyasətində ən nüfuzlu qadınlardandır. Çox sadə, ciddi və fantaziyalardan uzaq həyat tərzi var.
Bəs kansler siyasətdə uğurlu olduğu kimi mətbəxdə də biş-düş bacarırmı?
Xanım siyasətçi kartof şorbası, şnitsel və balıq bişirməkdə mahir olduğunu deyir:“Gözəl piroq da bişirirəm. Hələ bu vaxta kimi qonaqlarım piroqlarımdan narazı qalmayıblar”.
Deyir ki, bazarlığa özü gedir: “Almaniya birləşdiriləndə, uzun müddət super-marketə öyrəşə bilmirdim. Əvvəlki universamlar üçün darıxıram”.
Merkel kansler kimi ən bahalı, ən fərqli yeməklər tələb etmir, kulinar eksperimentləri də xoşlamır. Almaniyanın dəmir ledisi səhərlər hər zaman nanə çayı içir. Onun sözlərinə görə, nanə çayı qəhvədən daha yaxşı təsir edir. Yerli ərzaqlara önəm verir: “Öz təbiətimizdə yetişən meyvə-tərəvəz mənim üçün birinci yerdədir. Sparja və kələm Brandenburqdan olmalıdır, balıq isə Baltik dənizindən. Berlin ətrafında iki bağım var, orada özüm kartof və çiyələk əkmişəm. Onlar yetişəndə çox xoşbəxt oluram”.
Angela Merkelin sevimli yeməkləri qızarmış sosis, kabab, leço, şoraba, əsl alman şorbası, isti salatlardır: “Dədə-baba, əsl kəndsağayı yeməklər daha çox xoşuma gəlir. Heç bir elit mətbəx, fərqli görünüş və müasir əlavələr məni cəlb etmir.
Sevimli desertim də üzümlə pendir assortisidir. Uşaq vaxtı çoxlu fıstıq yeyərdim. Buraxılış gecəsində isə o qədər albalı şirəsi içmişdim ki, həddən çox sərxoş olmuşdum”.
Siyasətçi yeniyetmə illərində giləmeyvə biznesi ilə məşgul olduğunu da gizlətmir:“Qonşu uşaqlar və dostlarımla ucuz mağazalardan gilas və albalının kilosunu 2 markadan alıb, başqa bir yerdə 4 markaya satırdıq. Həftəyə xeyli pul qazanırdıq”.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər