İrandan daha bir təxribat
1-03-2012, 13:45
Oxunub: 6 312
Tehran hakimiyyəti erməni mətbuatına pul ayıraraq, Azərbaycan əleyhinə kampaniya aparmasını təmin edir
İranla Ermənistan arasında yüksək səviyyədə mövcud olan münasibətlər zaman-zaman Azərbaycana qarşı istifadə olunur. Qafqazda müstəqil dövlətinin olmasını istəməyən İranın Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanla maraqları bu səbəbdən üst-üstə düşür. Məhz bunun nəticəsidir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə İran birbaşa dəstək verir.
Qeyd edək ki, Şuşanın işğalı, Ermənistana silah-sursat verilməsi, yanacaqla təmin olunması kimi hallar artıq İranın İrəvanla hansı səviyyədə münasibətə sahib olduğunu çoxdan ortaya qoyub. Amma son dövrlər bu proseslərə daha bir əlavə olunmaqdadır.
Məlumdur ki, Azərbaycan ötən il keçirilən «Eurvizion» yarışmasının qalibi olub. Yarışın qalibi olduğu üçün Bakıda bu ilin mayında keçiriləcək müsabiqə məsələsi isə nə İranın, nə də Ermənistanın marağındadır. Çünki bu müstəqil Azərbaycan dövlətinin dünyada daha geniş şəkildə tanıdılmasına imkan yaradır. Qafqazda müstəqil Azərbaycan dövlətinin olmasını istəməyən İran üçün təbii ki, bu arzuolunan deyil. Belə olan təqdirdə, Tehran hakimiyyəti davamlı olaraq Azərbaycan əleyhinə kampaniyalara başlayıb ki, bunun da hər gün şahidi oluruq.
Bildirək ki, «Eurovizion» yarışmasının Bakıda keçiriləcəyi dəqiqləşdikdən sonra İranın bütün təbliğat resursları Azərbaycanın əleyhinə kampaniya aparmağa başlayıb. Artıq bütün İran mətuatı anti-Azərbaycan əhval-ruhiyyəsinə köklənib və mütəmadi olaraq ölkəmizi «tənqid» edirlər. Hətta bəzi hallarda təxribatçılığa belə imza atmaqdan çəkinmirlər.
Ermənistanın mövqeyi bəllidir və onlar hətta Bakıda keçiriləcək yarışmada iştirak etmək niyyətində deyillər. İran isə özünün təbliğat işini daha da gücləndirmək üçün yeni bir vasitəyə əl atıb. Məsələ belədir ki, Tehran hakimiyyəti erməni mətbuatı ilə anlaşaraq, onlara maliyyə yardımı ayırır. Verilən məlumatlardan belə məlum olur ki, İran tərəfinin erməni mətbuatına ayırdığı pullar heç də səbəbsiz deyil. Məqsəd Azərbaycan əleyhinə kampaniyanı daha da genişləndirməkdir. Şübhəsiz ki, erməni mətbuatı Azərbaycan haqqında xoş olan nəsə yazmayacaq.
Üstəlik, bu təbliğatın içində özünün digər düşmən münasibətindən irəli gələn maraqlarını da əlavə edərək, olmazın yalanları dünyaya sırımağa çalışacaqlar. İranı isə maraqlandıran əsas məsələ odur ki, Ermənistan mətbuatı vasitəsi ilə Azərbaycanda keçiriləcək «Eurovizion» yarışması haqqında antitəbliğat işləri aparmaq, ölkəmizi nüfuzdan salan məlumatlar yaymaq və bizdən dünya üçün «düşmən» obrazı formalaşdırmaqdır.
Azərbaycan mətbuatı da bu məsələdə həssas və diqqətli olmalıdır. Çünki hər an düşmən təbliğatına uyaraq, Azərbaycanın nüfuzdan salınması üçün aparılan kampaniyanın tərkib hissəsi ola bilərik. Ona görə də, istər Eurovizion yarışması, istərsə də digər məsələlərdə xüsusi ilə diqqətli olmağımız vacibdir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər