Nuriyev, Məlikov və digərləri: varlı məmurlar Praqanı alır
22-09-2015, 13:06
Oxunub: 2 074
“Çexiyada çoxlu gözəl yerlər, o cümlədən kurortlar və otellər var. Əgər siz pullarınızı Çexiyaya yatırsanız əmin olun ki, onu itirməyəcəksiniz”
Virtualaz.org saytı xəbər verir ki, bu haqda Çexiyanın “Mlada Fronta Dnes” qəzeti yazır.
Bildirilir ki, son vaxtlar Çexiyada elit daşınmaz əmlak alanların arasında rusiyalılarla yanaşı azərbaycanlıların da sayı çoxalmaqdadır. Onlar öz pulları üçün sığınacaq axtaran zənginlərdir.
Xatırladaq ki, Çexiya prezidenti Miloş Zeman ötən həftə Bakıda səfərdə olub. Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə o, azərbaycanlıları Çexiyaya investisiya yatırmağa çağırıb.
“Çexiyada çoxlu gözəl yerlər, o cümlədən kurortlar və otellər var. Əgər siz pullarınızı Çexiyaya yatırsanız əmin olun ki, onu itirməyəcəksiniz”- deyə Miloş Zeman Çexiya-Azərbaycan biznes forumunda bildirib.
Qəzet yazır ki, Miloş Zemanın bu çağırışı zəngin azərbaycanlıların Çexiyada bahalı mülklər almasının motivlərini izah edir.
“Belələri üçün bu, investisiya əgər onların ölkələrində siyasi vəziyyət dəyişərsə, pullarının taleyindən arxayınçılıq deməkdir”- Azərbaycandan olan bir sıra müştərilərin Çexiyada daşınmaz əmlaka investisiya yatırmasında vasitəçi kimi çıxış etmiş vəkil adının açıqlanmaması şərti ilə deyir.
Sövdələşmələrin həssas xarakter daşıdığını nəzərə alara o, anonimlik xahiş edir.
Vəkil bildirir ki, Azərbaycan pulları bir müddətdir kütləvi şəkildə Çexiyaya axır. Bu keçmiş sovet respublikasından olan güclü və nüfuzlu adamlar Praqanın dəbdəbəli mənzillərinə maraq göstərirlər.
Məsələn, 2011-ci ilin iyununda 57 yaşlı Durya Nuriyeva Praqada 116 kvadratmetr sahəsi olan üçotaqlı mənzil alıb. O, həmin mənzilə 7,4 milyon kron (təxminən 300 min dollar) ödəyib. Müştəri mənzilin pulunu 60 gün içində ödəyib və dərhal Praqa elitasının üzvünə çevrilib.
Bildirilir ki, Praqada mənzil alan azərbaycanlıların sayı ruslardan daha azdır, ancaq onlar getdikcə daha çox Praqanın yeni tikilən mənzillərinə investisiya yatırırlar.
Ruslar Praqada mənzilləri məxsusi olaraq bu iş üçün ixtisaslaşmış Rusiya daşınmaz əmlak şirkətləri üzərindən almağa üstünlük verir, azərbaycanlılar isə əsasən birbaşa alırlar.
Məsələn, Cəmil Məlikov adlı Azərbaycan vətəndaşı kimi. O, Praqanın Mərkəzi Parkındakı elit yaşayış kompleksindən Manhetten göydələnlərini xatırladan binada 3,3 milyon krona özünə mənzil alıb.
Qəzet yazır ki, bu şəxsin kimliyi barədə Çexiyanın daşınmaz əmlak reyestrində məlumat yoxdur. Ancaq Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbərinin ad və soyadı da Cəmil Məlikovdur.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-04-2021, 11:43 : Səlim Müslümov daha bir vəzifəsini itirdi - Yeni təyinat
Xəbərlər
- 7-04-2021, 11:53 : Cəlilabad meşələrində əkilən qoz bağlarına kimlər göz dikib-ŞİKAYƏT(VİDEO)
Gündəm
- 9-04-2021, 17:03 : Malik Həsənov: Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb
Siyasət
- 7-04-2021, 11:31 : Vətəndaşların 3.2 milyon manatını mənimsəyən xanım direktor HƏBS EDİLDİ
Xəbərlər
- 17-03-2021, 12:24 : Bakı Apelyasiya Məhkəməsindən Ata Abdullayevlə bağlı QƏRAR
Siyasət
- 17-03-2021, 17:53 : Malik Həsənov: Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir
Siyasət
- 4-04-2021, 14:40 : Azərbaycanda rüşvət alan rəis belə həbs olundu - ANBAAN VİDEO
Xəbərlər
- 22-03-2021, 16:22 : Zirəddindən Azərbaycanla bağlı ŞOK PROQNOZLAR - Koronavirus, zəlzələ və... - VİDEO
Xəbərlər
- 17-03-2021, 11:37 : Arzu Rəhimovun Göyçaydakı adamı ittiham olunur - MÜRACİƏT
Gündəm
- 17-03-2021, 11:14 : Marşrut avtobusları 9 gün işləməyəcək? (AÇIQLAMA)
Sosial