BolgeXeber.Com » Dünya » Xalq artistinin həyat yoldaşı intihar etdi

Xalq artistinin həyat yoldaşı intihar etdi

10-03-2012, 11:20
Oxunub: 6 879 Rusiyanın xalq artisti Aleksandr Proxovşikovun həyat yoldaşı İrina Moskvanın mərkəzindəki mənzilində özünü asaraq intihar edib.

Rusiya mətbuatının yaydığı xəbərə görə o, bunu xəstəxanada müalicə alan həyat yoldaşının vəziyyətinin pisləşdiyinə dair xəbəri aldıqdan bir qədər sonra edib. Cəsədin yaxınlığından tapılmış məktubda yazılıb:

"Saşasız yaşamaq istəmirəm və yaşamayacağam... Saşanı sevirəm və onunla birlikdə olmaq istəyirəm. İrina Poroxovşikova".

Qeyd edək ki, 73 yaşlı aktyor Aleksandr Proxovşikov bir neçə gün əvvəl insult keçirib və xəstəxanaya yerləşdirilib.