Hər rus əsgərinin başına görə 10 min dollar
2-10-2015, 09:14
Oxunub: 3 893
1 milyon Suriya liri.
Rusiyanın Suriyadakı qoşunları dünənki aviazərbələrdən sonra radikalların “Cəbhə ən-Nüsrə” qruplaşmasının hədəfinə çevriliblər, indi terrorçular rusiyalı əsgər üçün 1 milyon Suriya liri məbləğində mükafat elan ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı jurnalist İlya Varlamov öz bloqunda radikalların Twitter paylaşımlarına istinadən bildirib.
“Yerli radikalların İŞİD yox, “Cəbhə ən-Nüsrə” qruplaşması Rusiya əsgəri üçün 1 milyon Suriya liri (təxminən 10 000 dollar) mükafat elan ediblər”, - o qeyd edib.
Xatırladaq ki, 2015-ci ilin sentyabr ayının 30-da Rusiya prezidenti Vladimir Putin Ali palataya RF SQ-nin xaricdə istifadəsinə dair məsələni təsdiqə göndərib. Həmin gün Federasiya şurası həmin icazəni verdi. RF SQ-nin xaricdə istifadəsi Suriya münaqişəsinə aiddir. Federasiya şurası prezidentin müraciətini yekdilliklə dəstəkləyiblər. Lehinə 162 səs verilib, bitərəf qalan və əleyhinə səs verən olmayıb.
RF administrasiyasının rəhbəri Sergey İvanov qeyd edib ki, Suriya prezidenti Bəşər Əsəd Vladimir Putinə müraciət edərək hərbi yardım istəyib.
İvanov sırf hərbi-hava qüvvələrinin əməliyyatlarından söhbət getdiyini, hərbçilərin quru əməliyyatlarında iştirakının istisna olduğunu əlavə edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər