Sarkisyanın bəyanatı kimə və nəyə hesablanıb?
12-03-2012, 21:25
Oxunub: 6 211
Elman Abdullayev: “Boş çıxışlarla Ermənistan prezidenti özünü lider kimi göstərməyə çalışır”
Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə sərsəm bəyanatla çıxış edib. Bolgexeber/com-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, Respublikaçılar Partiyasının qurultayında çıxış edən S. Sarkisyan ölkəsinin Qarabağ nizamlanmasında güzəştə getmək niyyətində olmadığını bildirib.
O öz sərsəm çıxışında bildirib ki, Dağlıq Qarabağ erməni torpağı idi, gələcəkdə də erməni olaraq qalacaq: “Ermənistan Dağlıq Qarabağın siyasi və iqtisadi inkişafına çox istiqamətli dəstək göstərməyə davam edəcək”.
Çox keçməyib ki, Azərbaycan tərəfi bu bəyanata cavab verib. Ermənistan prezidentinin bəyanatını şərh edən Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Elman Abdullayev "Trend"ə bildirib ki, Sarkisyanın bəyanatı daxili təbliğat məqsədlərinə xidmət göstərir və özünüreklama hesablanıb.
E.Abdullayevin sözlərinə görə, Serj Sarkisyan öz diplomatik yanılmaları və uğursuzluqları ilə razılaşa bilmir və bunu Dağlıq Qarabağ ətrafında sülh prosesinin pozulmasına yönəlmiş destruktiv çıxışları ilə kompensasiya etməyə çalışır, hərbi işğalçı siyasətini davam etdirməyə və haqq qazandırmağa cəhd göstərir: “Görünür, belə boş çıxışlarla Sarkisyan lider kimi görünməyə çalışır. Lakin artıq başa düşmək lazımdır ki, lider - ölkə rəhbərliyinin uzağı görməyən siyasəti sayəsində Ermənistanı udan iqtisadi durğunluğa və demoqrafik böhrana sürükləyən şəxs deyil, ölkəsini tərəqqiyə aparandır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər