BolgeXeber.Com » Dünya » Ankara terrorunda ölən azərbaycanlının anası: "Balam lay lay" (FOTO, VİDEO)
Ankara terrorunda ölən azərbaycanlının anası: "Balam lay lay" (FOTO, VİDEO)
13-10-2015, 16:23
Oxunub: 4 681
Türkiyədə tarixinin ən qanlı terror aktında ölən azərbaycanlı gənc Qarsda dəfn olunub.
BAKU.WS-in məlumatına görə, 32 yaşındakı Özver Gökhan Arpaçayın cənazəsi məmləkətinə gətirilərkən Cümhuriyyət Xalq Partiyası (CHP) və Xalqların Demokratik Partiyasının (HDP) nümayəndələri Arpaçayın ailəsini acı günündə tək buraxmayıb.
Mərhumun cənazəsi anası Türkan Arpaçay və atası 72 yaşındakı Kərim Arpaçayın ağıları ilə qarşılanıb. Türkan Arpaçay "Ay balam, yandım balam, lay lay balam lay lay" ağıları ilə mərasimə qatılanların ürəklərini dağlayıb.
Azərbaycanlı ailə dəfn mərasimi zamanı heç bir şüar səsləndirilməməsini və ya plakat açılmamasını istəyib.
Qılınan cənazə namazından sonra Özver Gökhan Arpaçayın cənazəsi Yenimahalle qəbiristanlığında dəfn edilib.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər